Beynəlxalq tələbələr üçün dünyanın qabaqcıl təhsil ölkəsi kimi tanınan ABŞ QS World Rankings reytinqində 150-dən çox tanınmış və aparıcı təhsil müəssisələri ilə təmsil olunur. Beynəlxalq Təhsil institutu açıq qapının hesabatına əsasən 2015/16-cı ildə ABŞ-a təhsil almaq üçün üz tutan tələbələrin sayı əvvəlki illərdən fərqli olaraq 7% artaraq 1 milyonu keçmişdir (1,043,839).
Beynəlxalq tələbələrin ən çox seçim etdiyi məşhur şəhərlər Kaliforniya, Nyu-York, Boston və Texas-ı göstərmək olar.
Müraciət edilən ən məşhur ixtisaslar isə mühəndislik, biznes və idarəetmə, riyaziyyat, informatika və komputer elmləri hesab olunur.
Birləşmiş Ştatlar dünyanın ən yaxşı təhsil sistemlərindən birinə malik ölkələrdəndir. ABŞ-da yerləşən universitetlər texnologiya sahəsində qabaqcıl olmaqla yanaşı, tələbələrin inkişafı üçün geniş şərait yaradır. ABŞ-da təhsilinizi davam etdirdiyiniz zaman təkcə təhsil imkanları deyil, mədəni inkişafınızı genişləndirmək şansı da əldə edirsiniz.