TOEFL

TOEFL

Əlaqə

TOEFL imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır.

1962-ci ildə ABŞ-da ingilis dilli ölkələrdən olmayan tələbələrin burada təhsil almasına yardımçı olması üçün dövlət və özəl təşkilatların nümayəndələrindən ibarət olan 30 nəfərlik komitə yaradıldı. 1963-1964-cü illər dövründə komitə TOEFL imtahanının təşkili və idarə olunmasına dair təklif irəli sürdü. TOEFL-ın məzmunu başlanğıc səviyyədə Stenford Universitetinin dilşünas professoru Çarlz Ferqyuson tərəfindən hazırlandı. 1965-ci ildə ETS və Kollec Şurası TOEFL imtahanın keçirilməsi məsuliyyətini öz üzərinə götürdü. Hesablamalara görə, indiyə kimi dünyada 20 milyon insan TOEFL imtahanında iştirak etmişdir. TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək vacibdir. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanın nəticəsini tələb edilə bilər.

Toefl imtahani 3 bölmədən ibarətdir.

  • Oxuma (Reading)
  • Dinləmə (Listening)
  • Danışma (Speaking)

İmtahanın oxuma bölməsi 3-5 ədəd məqalədən ibarətdir. Tələbənin məqsədi maqalələrdə verilmiş mövzunun əsas ideyasını, lüğət tərkibi və cümlə əlavəsi və son olaraq ümümi ideyalara dair suallara cavab verməlidir.
Dinləmə bölməsində tələbə hər biri 3-5 dəqiqədən ibarət 6 danışıq parçasını və onlara aid olan sualları səsli olaraq dinləyir. Hər bir danışığı yalnız bir dəfə dinləmək mümkündür. Tələbə danışığı dinləyərkən özü üçün qeydlər götürə bilər və cavab verərkən həmin qeydlərdən istifadə edə bilər. Hər bir danışıqdan sonra tələbə dinlədiyi mövzuya aid 5 və ya 6 suala cavab verir.

Cambridge Assessment English (CAE və CPE)

Bu imtahan sayəsində siz dünyanın bir cox aparıcı universitetlerində təhsil almaqla öz akademik t...

DAHA ƏTRAFLI

TOEIC

The Test of English for International Communication (TOEIC) Beynəlxalq səviyyədə işləyən insanlar...

DAHA ƏTRAFLI

IELTS

IELTS (International English Language Testing System) 1989-cu ildə fəaliyyətə başlamışdır. IELTS ...

DAHA ƏTRAFLI
© 2020 SNG, All Rights Reserved.