Drew universitetinin əsası 1986-cı ildə qoyulmuşdur. Drew Universiteti 186 hektarlıq kampusu ilə Nyu Cersi ştatının Madison şəhərində, Nyu Yorkun yaxınlığına yerləşir və liberal incəsənət universiteti kimi tanınır. Madison-un əhalisinin sayı 16,000-dir və o Manhattandan təxminən 30 mil aralıda yerləşir. Princeton Review açıqlamasına əsasən universitet milli teatr proqramına əsasən ABŞ-da 7-ci yerdədir. Milli liberal incəsənət kollecləri arasında isə 112-ci sırada yer alıb (U.S. News & World Report 2018).
2 mindən çox tələbənin təhsil aldığı universitetdə akademik heyətin sayı 244, administrativ heyət isə 345 nəfər ixtisaslı işçilərdən ibarətdir. Universitetin aşağıda qeyd olunan sahələr üzrə bakalavr, magistr və az sayda doktorantura dərəcəsi təklif edir. Bura aiddir: antropologiya, incəsənət, biznes, iqtisadiyyat, kompüter elmləri, ingilis dili, ətraf mühit və
davamlılıq, almanşünaslıq, beynəlxalq münasibətlər, musiqi, fizika, ilahiyyat və s. Proqramlar öz sahəsində peşəkar universitet professorları tərəfindən ingilis dilində tədris olunur.
Tələbələrin 95%-i geniş bir ərazini əhatə edən universitet kampusunda yaşayır.
Universitet məzunları arasında dünyaca tanınmış elm adamları, incəsənət xadimləri eləcə də dövlət nümayəndələri vardır.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Biomedikal elmlər
- Biznes
- Mühəndislik
- Maliyyə
- Təbiət elmləri
- İqtisadiyyat
- İngilis dili hazırılığı
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı (IELTS və ya TOEFL)