Calverton Məktəbi

Calverton Məktəbi

Əlaqə

Calverton məktəbi 1967-ci ildə təsis edilib və Sentyabr ayında ilk tədris ilinə 4 sinif otağı və 85 şagird ilə başlayıb. Ötən zaman ərzində məktəb bütün infrastruktur və avadanlıqları təkmilləşdirərək, yalnız yerli şagirdləri üçün deyil, həm də əcnəbi şagirdlər üçün yüksək kefiyyətli təhsil təklif etmək imkanına sahib təhsil müəssisəsinə çevrilib. Hazırda məktəb - idman kompleksi, Yaşayış zonası, təbiət zolağı və meşə örtüyü, Patuksent çayı və Çizepik buxtası arasında yerləşən su hövzəsindən təşkil olunan 54 hektar ərazini əhatə edir.

Calverton məktəbinin təklif etdiyi proqramlar:

  • Məktəbəqədər - ibtidai təhsil səviyəsi (5-ci sinif)
  • Orta məktəb təshili (6-8-ci siniflər)
  • Yuxarı sinif təhsili (9-12-ci siniflər)

Mətkəbin təkli etdiyi Beynəlxalq bakalavryat təhsil proqramı (International Baccalaureate) xüsusilə 11-ci sinif səviyyəsində orta təhsil bazasına sahib şagirdlər üçün Amerika universitetlərinə asanlıqla qəbul olmaq imkanı yaradır. Bundan başqa, məktəb az təminatlı ailələrin övladlarına güzəştli təhsil imkanları da təklif edir. Buna misal olaraq qeyd edə bilərik ki, hazırda məktəbdə təhsil alan tələbələrin 52%-i bu təqaüddən yararlanırlar.

Tədris proqramlarında başqa, məktəb həm də biri-birindən maraqlı dərsdən kənar məşğuliyyətlər də təşkil edir. Bunlara daxildir:

  • Dərs ilinin bitməsi münasibətilə tədirlər
  • Ənənəvi məktəb həftəsi
  • Keçmiş məzunlarla görüş
  • Kofe evi (Açıq mikrofon gecəsi)
  • Payız festivalı
  • Orta məktəb rəqsləri
  • Sinif səyahətləri / Komandanın təşkili
  • Aşağı siniflər üçün çay partisi
  • Analar və oğlanları üçün bolinq
  • Atalar və qızları üçün rəqs günləri

Məktəbin missiyası
Məktəb, mədəniyyət, yüksək gözləntilər və təcrübənin paylaşılmasını əsas götürərək, şagirdlərdə intelektual araşdırma, şəxsi məsuliyyət, və güclü iş etikası aşılayaraq, onları ali təhsilə, həmçinin demokratik və qlobal cəmiyyətin məsuliyyətli vətəndaşı kimi yetişdirir.

Məktəbin rəsmi saytı

Medium calvertonCalver logo

Calverton Məktəbi

Calverton məktəbi 1967-ci ildə təsis edilib və Sentyabr ayında ilk tədris ilinə 4 sinif otağı və 85 şagird ilə başlayıb. Ötən zaman ərzində məktəb bütün infrastruktur və avadanlıqları təkmilləşdirərək, yalnız yerli şagirdləri üçün deyil, həm də əcnəbi şagirdlər üçün yüksək kefiyyətli təhsil təklif etmək imkanına sahib təhsil müəssisəsinə çevrilib. Hazırda məktəb - idman kompleksi, Yaşayış zonası, təbiət zolağı və meşə örtüyü, Patuksent çayı və Çizepik buxtası arasında yerləşən su hövzəsindən təşkil olunan 54 hektar ərazini əhatə edir.
© 2020 SNG, All Rights Reserved.