The University of Vermont

The University of Vermont

Əlaqə

1791-ci ildə təsis edilən Universitet, New England-da 5-ci ən qədim universitetdir (Harvard, Yale, Dartmouth və Browndan sonra). Vermont Universiteti ABŞ-ın ən yaxşı 100 universiteti və ən yaxşı 50 dövlət universiteti arasındadır. Amerikanın ən gözəl bölgələrindən birində yerləşən yeri ilə dünyanın hər yerindən gələn tələbələri cəlb edir. Vermont Universiteti biologiya və sağlamlıq elmləri, ətraf mühitin mühafizəsi, mühəndislik, biznes idarəsi kimi digər sahələrdə bakalavr, magistr və doktorantura pilləsi üzrə təhsil verən qabaqcıl bir tədqiqat universitetidir.
Hal-hazırda universitetdə beynəlxalq tələbələr daxil olmaqla 12 minə qədər tələbə təhsil alır. Akademik heyətin əsasını isə 1,196 öz sahəsinin peşəkarı olan müəllim və yüksək ixtisaslı professorlardan ibarətdir.
 QS Dünya Universitetinin reytinqinə görə dünyada ən yaxşı 550 universitet arasında yerləşən universitet, Times Higher Education Dünya Universitetinin 2019 reytinqlərinə görə, dünyanın ən yaxşı 350 universitetindən biridir. U.S. News &World Report's 2018 açıqlamasına əsasən Vermont universiteti ABŞ dövlət universitetləri arasında 41-ci yerdədir.
Universitetin kampusu unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Vermont universitetinin tədris mərkəzləri və kitabxanalarında tədrisin inkişafı üçün ən son texnologiyalardan istifadə olunur. Tələbələr asudə vaxtlarında universitetdə təşkil olunan 100-dən çox fərqli klub və təşkilatlara qoşula bilərlər.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biomedikal elmlər
  • Mühəndislik
  • Fizika
  • Əzcaçılıq
  • Riyaziyyat
  • İnşaat mühəndisliyi
  • Elektrik mühəndisliyi

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL

Medium vtThe university of vermont

The University of Vermont

New England-da 5-ci ən qədim universitet hesab olunan Vermont universiteti ABŞ-ın ən yaxşı 50 dövlət universiteti arasındadır.
© 2020 SNG, All Rights Reserved.