Colorado State University

Colorado State University

Əlaqə

Colorado State University Fort Collins şəhərində yerləşən dövlət tədqiqat universitetidir. Universitetin əsası 1870-ci ildə qoyulmuşdur. Colorado ştatı ABŞ-da iş imkanları üçün 2-ci ən əlverişli ştatdır. Hal-hazırda universitetdə təxminən 33,877 tələbə təhsil alır. 8 akademik kollecdən ibarət olan universitet bakalvr üzrə 65, magistratura 55 və doktorantura üzrə 40
müxtəlif proqram təklif edir.
Academic Ranking of World Universities 2017 sıralamasına görə CSU ilk 3%-də yer alır. Ən yaxşı ABŞ dövlət universitetləri reytinqində isə 58-ci yerdədir. Universitetin Biznes fakültəsi isə Biznes üzrə bakalavr proqramında ilk 44-cü yerdə sıralanıb.
Təxminən 2.4 km2 ərazini əhatə edən universitetin mərkəzi kampusunda sağlamlıq mərkəzi, tam təchiz olunmuş idman və fitness mərkəzi, kitabxana, yay aylarında açıq hava sineması və kampus daxili yataqxana mövcuddur. Birinci kurs tələbələri kampus daxili yataqxana ilə qarantili şəkildə təmin olunurlar. Universitet tələbə xidməti ofisi tələbələrin maraqlarına uyğun onlar üçün əyləncə və müxtəlif təhsil sərgiləri təşkil edirlər.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes Administrasiyası
  • Komputer elməri
  • Rəqs
  • Mühəndislik
  • Turizm
  • Maşınqayırma
  • Musiqi
  • Təbiət elmləri
  • Riyaziyyat
  • İnşaat mühəndisliyi
  • İngilis dili hazırılığı
  • Tələb olunan sənədlər Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)
Medium venue csuColorado state university

Colorado State University

1870-ci ildə Fort Collins şəhərində əsası qoyulan Colorado State University ən yaxşı ABŞ dövlət universitetləri reytinqində 58-ci yerdədir.
© 2020 SNG, All Rights Reserved.