University of South Florida

University of South Florida

Əlaqə

USF kimi tanınan University of South Florida əsası 1956-cı ildə Florida ştatının Tampa şəhərində qoyulmuşdur. USF Florida Dövlət Universitet Sisteminə üzv olan universitetlərdən biridir. Universitetdə bakalavr, magistr, doktorantura və ixtisaslaşma kursları da daxil olmaqla 14 fakültədə 180-ə qədər kurs tədris olunur. 48 min tələbənin təhsil aldığı bu təhsil ocağı Florida ştatında 4-cü ən böyük dövlət tədqiqat universitetidir.
USF Carnegie Foundation tərəfindən ABŞ-da ən qabaqcıl tədqiqat unviersitetlərindən biri olaraq göstərilmişdir. Times Higher Education dünya universitetləri sıralamasına əsasən ilk 251-300-cü yerdə də qərarlaşmışdır. Milli tədqiqat universitetləri içərisində isə 25-ci yerə layiq görülmüşdür (National Science Foundation 2016).
University of South Florida-nın üç müasir və geniş sahəni əhatə edən kampusu vardır.

  • Tampa Campus, Universitetin mərkəzi binasını bu kampusda yerləşir. Mərkəzi kampus Tibb elmləri, Səhiyyənin təşkili, Əzcaçılıq, Jurnalistika və Media fakültəsinə ev sahibliyi edir.

  • St. Petersburg campusun 25 hektar ərazini əhatə edir. Kampusda kompleks təhsil resursları, geniş media təlimi, ifaçılıq sənətləri, idman və fitness mərkəzləri və kampus daxili yataqxana kimi imkanlar mövcuddur.

  • Sarasota-Manatee kampusu Siesta Key çimərliyinə yaxın ərazidə yerləşir. Kampus imkanları arasında müasir təchizatla təmin olunmuş tədris otaqları, idman və fitness mərkəzləri və kampus daxili yataqxana yer alır.

Çox geniş məzun şəbəkəsinə sahib olan USF də 124 müxtəlif ölkədən 228 mindən çox tələbə məzun olmuşdur. Universitet məzunları arasında dünyaca tanınmış elm adamları, incəsənət xadimləri, dövlət nümayəndələri və çox sayda Fullbright təqaüdçüləri vardır.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Arxitektura
  • Biznes
  • Biologiya
  • MBA
  • Coğrafiya
  • Geologiya
  • Tarix
  • Menecment
  • Musiqi
  • İncəsənət
  • Din elmlər
  • Liberal incəsənət
  • Komputer elmləri
  • Təhsil elmləri
  • Mühəndislik
  • Tibb elmləri
  • İngilis dili

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium 15472667287 99f99b52b4 bUniversity of south florida

University of South Florida

Geniş məzun şəbəkəsinə sahib olan University of South Florida-da 14 fakültədə 180-ə qədər proqram tədris olunur.
© 2020 SNG, All Rights Reserved.