Pace University New York

Pace University New York

Əlaqə

1906-cı ildə yaradılan və Nyu York metropolitenində yerləşən Pace universiteti öz sahəsində ixtisaslaşmış peşəkar professorlarla tələbələrinə ən yaxşı təhsili verir. Pace Universiteti bakalavr, magistr, doktorantura üzrə təhsil alan 13 min tələbəyə ev sahibliyi edir. Universitetin Nyu Yorkda yerləşən 2 kampusu vardır Lower Manhattan və Westchester County. Universitetin hər iki kampusunda tələbələr üçün ayrılmış qalınacaq yerlər, xüsusi təşkilatlar və birliklər vardır. Məhşur kollecləri arasında Tibb Kolleci, İncəsənət və dəqiq elmlər üzrə Dyson kolleci, Elisabeth Hüquq Kolleci, Lubin Biznes Kolleci, Təhsil Kolleci, Kompyuter və İnformasiya Texnologiyaları kollecləri vardır.
İkinci dünya Müharibəsindən sonra inkişaf edən Pace universiteti dinamik liderliyi və müasir təhsil ləvazimatları ilə Nyu York ştatında ən böyük universitet hesab edilir. Universitet resurslarına, tədqiqatlarına və tədris metodlarının inkişafına 153 milyon dollara qədər ianə edilmişdir.
Yaranmasından 100 il keçməsinə baxmayaraq Pace Universiteti 21-ci əsrdə innovasiya və adət-ənənələri özündə birləşdirərək tərkibində müxtəlif millətlərdən olan tələbələr üçün bütün şəraiti yaradır .
Pace Universitetində tədris edilən və ən məhşur proqramlara aşağıdakılar aiddir.

  • Biznes
  • Menecment
  • Marketing
  • Jurnalistika
  • Tibb elmləri

Pace Universiteti həmçinin tələbələri üçün təklif etdiyi xüsusi internship-təcrübə proqramları ilə tanınır.
Psixologiya və incəsənət kimi proqramlar vardır. 2017-2018 ci il statistikasında tələbələrinin 80%-i təhsil aldıqları müddətdə təcrübə proqramları keçmişdir. Bundan əlavə, tələbələrinin 90%-i universiteti bitirdikdən maximum 1 ilə kimi işlə təmin olunmuşdurlar.

Pace Universitetin reytinqləri aşağıdakı kimidir:

  • National Universities arasında 187-ci universitet seçilmişdir.
  • Biznes Programlarına əsasən 151-ci yerdədir.

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium 17 pace university w710 h473 2xPace university new york

Pace University New York

13 min tələbəyə ev sahibliyi edən Pace University Nyu York ştatında ən böyük universitet hesab edilir.
© 2020 SNG, All Rights Reserved.