Nyu-Yorkda yerləşən və Nyu-York Dövlət Universitetinin tərkib hissəsi olan SUNY Politexnik İnstitutu Amerika Birləşmiş Ştatlarının yüksək inkişaf etmiş dövlət universitetidir. 1966-cı ildə qurulan SUNY Poly dünyanın ən qabaqcıl ictimai araşdırma universitetlərindən biri olmaqla bərabər, eyni zamanda Nyu-Yorkun dünyaca məşhur, yüksək texnologiya üzrə təhsil müəssisələrindən biridir. Dünyanın hər yerindən 3000-dən çox tələbə SUNY Poly-nin Utica və Albani kampusunda təhsil alır.
SUNY Politexnik İnstitutunda təqdim olunan tam inteqrasiya olunmuş təhsil avadanlıqları, müxtəlif tədris proqramları və təcrübi fəaliyyətlər tələbələrin intellektual baxımdan inkişafını təmin edir.
SUNY Poly-n UTICA kampusuna, 400 hektardan çox ərazini əhatə edən, gözoxşayan mənzərə, tələbə mərkəzi və s. ilə əhatə olunmuş 3 yaşayış kompleksi daxildir. Möhtəşəm kampus həyatı sizin digər tələbələrlə ünsiyyət qurmağınız, bir çox klublarda iştirak etməyiniz, tərkib hissəsinə çevrildiyiniz multikultural cəmiyyətin fərqli cəhətlərini kəşf etməyiniz və özünüzü universitetə aid hiss etməyiniz üçün əla imkandır.
SUNY Poly universitetində təhsil almağın üstünlükləri:
- 16 980 dollar məbləğində Amerikada təhsil
- 28 min dollar məbləğində “Wildcat Blue” təqaüdü
- 34 min ABŞ dolları məbləğində “Wildcat Gold” təqaüdü Bu təqaüdləri əldə etdiyiniz halda bir semestr üçün sadəcə 4990 və ya 4240 dollar ödəmək şansı qazanırsınız.
Bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar:
- Biznesin idarə edilməsi
- Rabitə və humanitar elmlər
- Kompüter və İnformasiya Elmləri
- Mühəndislik, Elm və Riyaziyyat
- Mühəndislik texnologiyası
- Tibb bacısı və sağlamlıqla bağlı peşələr
- Sosial və davranış elmləri
SUNY Poly universiteti Milli Elm Fondu (National Science Foundation) tərəfindən ölkənin daim inkişafda olan ən yaxşı araşdırma universiteti elan edilib.