1906-cı ildə əsası qoyulan Suffolk University ABŞ-ın ən təhlükəsiz şəhərlərindən biri olan Boston şəhərində yerləşir. Qərbi Avstraliyada 7,560-dan çox tələbəsi olan ən böyük universitet Birləşmiş Ştatlarda xüsusi reputasiyaya malikdir. Times Higher Education US universitetləri sıralamasında 316-cı yerde göstərilmişdir. Birləşmiş Ştatlarda milli universitetlərin reytinqində U.S. News and Report açıqlamasına əsasən 181-ci yerdə qeydə alınmışdır.
Suffolk universitetinin yüksək standarlara cavab verən kampusunda tələbələr idman, teatr, musiqi klublarına və ya könüllü işlərə qatıla bilər və ya kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilərlər.
Suffolk universitetinin məzunları arasında dünyaca məşhur incəsənət adamları, dövlət nümayəndələri və siyasətçilər, idman ustaları, sahibkarlar və başqa sənət sahiblərinin adları çəkilir. Bunlara misal olaraq, John Hynes, Thomas J. Lane, Gleason Archer Jr. Martin F. Loughlin və bu kimi başqa tanınmış insanların adını çəkmək olar.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Biznes
- Biologiya
- MBA
- Marketinq
- Menecment
- Hüquq
- Vizual incəsənət
- Komputer elmləri
- Mühəndislik
- İngilis dili
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)