Oregon State University

Oregon State University

Əlaqə

Oregon State University Birləşmiş Ştatların şimal-qərbində yerləşən dövlət tədqiqat universitetidir. 1856-cı ildə Corvallis Academy adı altında fəaliyyət başlayan OSU artıq 1868-ci ildə universitet adını aldı. OSU Oregon ştatın ən qədim tarixə malik universitetlərindən biri hesab olunur. Ümumi universitet tələbələrinin 83%-i bakalavr, 15%-i magistr, 2%-i ixtisaslaşma proqramında təhsil alır. Təxminən 60%-i tələbə sayını isə Oregon ştatında olan lokal tələbər təşkil edir. Universitetdə 12 kollec, 15 kənd təsərüfatı eksperiment mərkəzi, dənizçilik elmləri mərkəzi fəaliyyət göstərir. Kampus daxili bakalavr, magistr və doktorantura proqramları yanaşı universitet 30-a yaxın online distant təhsil proqramları təklif edir. Hal-hazırda universitetdə 24,280 tələbə təhsil alır, bu ümumi tələbə sayının 13%-i 50 müxtəlif ölkədən olan beynəlxalq tələbələr təşkil edir.
Times Higher Education açıqlamasına görə Oregon State University ABŞ universitetləri içərisində 276-cı, dünya universitetləri sıralamasında isə 301-350-ci yerdə qərarlaşmışdır. Birləşmiş Ştatların ən yaxşı tədqiqat universitetləri arasında isə 41-ci yerdə sıralanmışdır (Best College Reviews). Willamette bölgəsində yerləşən Corvallis kampusu 170 hektar ərazini əhatə edən mərkəzi kampusu, dörd fəsildə heyranedici mənzərələri ilə yanaşı Cascades dağlarındakı xizək mərkəzləri və gəzinti parklarına, Portland, Sakit Okeana, rahatlıqla çatıla biləcək məsafədədir.
Kampusda idman komplekslərinin son yenilənməsi ilə universitetdə yeni sintetik futbol meydançası, açıq basketbol meydançaları və tennis kortları, olimpiya hovuzu və bir neçə voleybol meydançası yaradılıb.
OSU məzunları arasında iki astronavt, iki Pulitzer mükafatı laureatı, bir Nobel mükafatı laureatı, Everest zirvəsinə çatan ilk amerikalı qadın və kompüter mausu ixtirası daxildir.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Biznes
  • Komputer elmləri
  • Mühəndislik
  • İdman
  • Psixologiya
  • Kimya mühəndisliyi
  • MBA
  • Jurnalistika
  • Təbiət elmləri
  • Riyaziyyat
  • İnşaat mühəndisliyi
  • İngilis dili hazırılığı

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium maxresdefaultOregon state university

Oregon State University

ABŞ-ın dövlət tədqiqat universitetlərindən biri olan Oregon State University bakalavr, magistr və doktorantura proqramları yanaşı online distant təhsil proqramları təklif edir.
© 2020 SNG, All Rights Reserved.