KURS VƏ FAKÜLTƏ SEÇİMİ

KURS VƏ FAKÜLTƏ SEÇİMİ

Əlaqə

Universitetin və ya oxuyacağınız ixtisasın sizin üçün ən düzgün seçim olduğuna necə qərar verirsiniz? Gələcəyiniz üçün atılacaq olan bu mühüm addım kifayət qədər çətin görünə bilər buna görə sizə kömək etməyə hazırıq.

Universitetin və ya oxuyacağınız ixtisasın sizin üçün ən düzgün seçim olduğuna necə qərar verirsiniz?
Gələcəyiniz üçün atılacaq olan bu mühüm addım kifayət qədər çətin görünə bilər buna görə sizə kömək etməyə hazırıq.
Tələbələr və valideynlər universitet və fakültə seçimi edərkən əsasən yalnız bir səbəb və ya məqsəd üstündə dayanır və seçimlərini bu səbəbə əsasən müəyyən edirlər. Beləliklə, təəssüf ki, digər vacib lakin daha az aşkar olan məqamları görmürlər. Beləliklə, biz universitet seçimində sizə onlarla təklif və sizə lazım olan bütün lazımi məlumatı verməklə yardım edirik.
Müasir dünyada tələbələr kifayət qədər şanslıdırlar. Hal-hazırda fəaliyyət göstərən yüksək reytinqli sayısız universitetlər mövcuddur. Universitetlərin təhsil haqqlarına, tədris etdiyi proqramlara, təklif etdiyi müxtəlfi imkanlara, reytinqlərinin müxtəlifliliyi tələbələrə imkan verir ki, onlar bütün detalları dəqiqləşdirib özləri üçün uyğun seçimi etsinlər.
Maraqlandığınız universitetlər haqqında araşdırıb və həmin universitetlərin açıq-qapı günlərində iştirak etməklə ətraflı məlumat əldə etmək olar. Bu təcrübə sizə universitet tələbələri ilə yaxından ünsiyyətə onların təcrübələrindən yararlanmağa, eləcə da arzusunda olduğunuz ixtisas haqqında olan bütün vacib məlumatları öyrənməyinizə kömək edəcək
Bildiyiniz kimi universitetlərin yerləşdiyi ölkələr, şəhərlər və ya oxuyacağınız universitetin və təhsil alacağınız kursun reytinqi bu məqama təsir edən göstəricilərdir.
Yaşam xərcləri tələbələr üçün böyük önəm daşıyan vacib faktorlardandır. Evinizdən yüzlərlə, minlərlə kilometr uzaqda başqa bir ölkədə və şəhərdə yaşamaq sizin üçün ilk başlarda çox çətin ola bilər. Təhsil alacağınız müddətdə bura sizin qalacağınız yaşam yerindən tutmuş qidalanacağınız qidalardan və gündəlik istifadə edəcəyiniz nəqliyyat xərcləri də daxildir.
Universitetlərin əksəriyyəti tələbələrin maddi vəziyyətlərini yüngülləşdirmək, eləcə də yüksək nəticələri olan tələbələrə güzəştli endirimlər etmək üçün təqaüd programları yaradırlar. Oxuyacağınız universitetdə belə bir imkanın olması çox vacibdir.
Bütün bu faktorları nəzərə alaraq sizə ən uyğun universitet və kurs seçimində yardımçı olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

VİZA DƏSTƏYİ

Xaricdə Təhsil şirkəti olaraq, sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bil...

DAHA ƏTRAFLI

UNİVERSİTET SEÇİMİ

Müasir dünyada tələbələr kifayət qədər şanslıdırlar. Hal-hazırda fəaliyyət göstərən yüksək reytin...

DAHA ƏTRAFLI
© 2020 SNG, All Rights Reserved.