John Marshall adına adlandırılmış Marshall Universitetinin əsası 1837-ci ildə qoyulmuşdur. Universitetin yerləşdiyi Huntington şəhəri West Virginianın sağlam mühitə sahib, təhlükəsiz və tarixi şəhərlərindən biridir. Marshall Universiteti kifayət qədər yüksək reytinqə sahibdir, buna misal olaraq, American Board of Criminalistics 2015-ci il açıqlamasına görə universitet Kriminalistika üzrə ABŞ-da 1-ci yerə eyni zamanda U.S. News & World Report 2018-in ən yaxşı regional universitetləri sıralamasında isə 15-ci yerə layiq görülmüşdür.
Universitetin simvolik rəngləri ağ və yaşıl rəngdir. Universitetdə hal-hazırda 10 mindən çox magistr, 4 minə qədər bakalavr və hazırlıq kursları tələbələri daxil olmaqla ümumilikdə 15 minə yaxın tələbə təhsil alır. Akademik heyətin sayını 806 nəfər yüksək ixtisaslı müəllim və professorlardan ibarətdir.
Mərkəzi kampusda 8 ədəd yüksək komforta sahib yataqxana tələbələrin istifadəsinə verilir. Universitetin kampusunda bütün tələbələr üçün xüsusi endirimli qiymətlərlə yüksək səviyyədə xidmətlər təklif olunur.
Universitetin karyera xidməti tələbələrin təhsil müddətində dövlət müəssisələrində və ya özəl şirkətlərdə təcrübə proqramında iştirakına imkan yaradır. Marshall universitetinin məzun şəbəkəsinə nəzər salsaq daha çox məşhur Atletlərin adını görmək olar.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Biznes Administrasiyası
- Komputer elməri
- Maşınqayırma
- Mühəndislik
- Musiqi
- Coğrafiya
- Jurnalistika
- İnsan resurslarının idarə edilməsi
- Təbiət elmləri
- Riyaziyyat
- İnşaat mühəndisliyi
- İngilis dili
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)