UMASS Dartmouth

UMASS Dartmouth

Əlaqə

University of Massachusetts Dartmouthun əsası 1895-ci ildə qoyulmuşdur. South Coastun mərkəzində yerləşən UMass Dartmouth ABŞ-ın öndə gələn dövlət universitetlərindən biridir. Universitet Massachusetts Ştatının paytaxtı Boston şəhərindən 60 mil cənubda yerləşir. UMass Dartmouth Massachusetts ştatında yeganə ictimai hüquq kolleci olan universitetdir. Universitet kifayət qədər yüksək reytinqə sahibdir, buna misal olaraq aşağıdakı göstəriciləri qeyd etmək olar. 2016-ci ildə aparılan hesablamalara görə Universitetə 46.1 milyon dollar ianə edilmişdir.

  • National Universities 207-ci yer
  • High School Councelor 106-cı yer
  • Top Dövlət Universitetləri 113-cü yer
  • Tədris etdiyi Biznes proqramlarına görə 151-ci yer
  • Mühəndislik proqramlarına əsasən 137-ci yer.

UMass Dartmouth Charlton Biznes, Mühəndislik, Tibb və digər fakültələr daxil olmaqla 80-dən çox sahə üzrə bakalavr, 35-dən çox master dərəcəsi təklif edir. Bununla yanaşı UMass Dartmouth həmçinin 11 doktorantura dərəcəsi də təklif edir.
UMass Dartmouth tələbələrinin 75%-ni universitetin kampusu daxilində yaşayırlar. Tələbərin rahatlığını daimi diqqət önündə saxlayan universitetdə, 14 yüksək komfortlu yataqxana tələbələrin ixtiyarına verilmişdir. Universitetdən başqa tələbələr 100-dən çox kampus klublarında və təşkilatlarında iştirak edə bilərlər. Tələbələr kampuslarda idman, teatr, musiqi
klublarına, könüllü işlərə qatıla bilər və ya kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilərlər. Universitet təhsil ilə yanaşı daim tələblərin sosial, mədəni inkişafına çalışır və innovatic tədqiqat imkanlarını inkişaf etdirir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes
  • Təbiət elmləri
  • Mühəndislik
  • Mühasibatlıq
  • Texnologiyanın idarə edilməsi
  • Tibbi menecment
  • Komputer elmləri
  • Tibb elmləri
  • MBA

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium 09202016 umassdUmass dartmouth

UMASS Dartmouth

1895-ci ildə yaradılmış Umass Dartmouth universiteti Amerikanin ən qabaqcıl universitetlərindən biri hesab olunur.
© 2020 SNG, All Rights Reserved.