Florida Atlantic University

Florida Atlantic University

Əlaqə

Florida Atlantik Universiteti 1964-cü ildə yaradılmış 12 kampusu olan Florida Dövlət Universitetləri sisteminin bir hissəsidir. Florida Atlantik Universitetinin Floridanın Boca Raton şəhərində yerləşir. Bununla yanaşı universitetin Floridanın digər şəhərlərində (Dania Beach, Davie, Fort Lauderdale, Jupiter, və Fort Pierce) də bir neçə kampusu mövcuddur. 30 mindən çox tələbənin təhsil aldığı Florida Atlantik Universiteti 10 fakültədə 180-dən çox proqram təklif edir. Bu proqramlara humanitar elmlər, təbiət elmləri, tibb elmləri, tibb bacısı, maliyyə, biznes, təhsil və sosial iş, arxitektura, mühəndislik və kompyuter elmləri daxildir. Tədqiqat universiteti olaraq Florida Atlanik Universiteti tədris etdiyi təhsilə görə Carnegie Foundation tərəfindən akkreditasiya olunmuşdur.
Florida Atlantik Universiteti standartlarını yüksək tutmaq üçün davamlı olaraq inkişaf tədbirləri görür. Belə ki, universitet tədqiqatlara vəsaitlər ayırır, digər təhsil müəssisələri ilə əməkdaşlıqlar qurur və öz kampusu daxilində tibb kolleci, teatr salonları və idman stadionu kimi yeni mərkəzlər yaradır.
Universitetin kampusunda idmandan tutmuş musiqiyə kimi müxtəlif təşkilatlar tələbələr üçün qurulmuşdur, məsələn müxtəlif cazz qrupları, tələbə təşkilatları, teatr, şahmat və müxtəlif video oyun klubları və s.
Florida Atlantik Universitetinin məhşur məzunları arasında hazırki Pensilvaniya ştatının ali təhsil sistemi konsuleri Frank T. Brogan,NASA astranavtı və amerikan mühəndis Steven Swanson kimi məşhur şəxslər də vardır. Universitetin məzunları ortalama illik gəlirləri 10 il sonra təxminən 41 min dollar olaraq göstərilir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biologiya
  • Mühəndislik
  • Biznes
  • Maliyyə
  • MBA
  • Mühasibatlıq
  • Musiqi
  • Humanitar elmlər
  • İqtisadiyyat
  • Komputer elmləri
  • Psixologiya

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium fau 14 davie exteriors  rpp81001 e1450267229535Florida atlantic university

Florida Atlantic University

1964-cü ildə əsası qoyulan Florida Atlantik Universiteti 10 fakültədə 180-dən çox proqram təklif edir.
© 2020 SNG, All Rights Reserved.