Washington State University Pullmanda yerləşən dövlət tədqiqat universitetidir. Qədim tarixə malik bu universitetin əsası 1890-cı ildə qoyulmuşdur. Universitet ABŞ-ın ən nüfuzlu dövlət universitetlərindən biridir. ABŞ-da təhsil almağı düşünən hər bir tələbə üçün WSU müasir və dinamik bir mühitdə keyfiyyətli təhsil üçün mükəmməl bir universitetdir. Universitetdə dünyanın 109-dan artıq ölkəsindən 30 minə qədər tələbə təhsil alır. Washington State University 2019-cu ildə Times Higher Education tərəfindən dünyanın ən yaxşıları arasında ilk 301-350 aralığında, Birləşmiş Ştatlarda isə 223-cü sırada yer almışdır.
Universitetin geniş kampusu, mehriban tələbə cəmiyyəti və yüksək ixtisaslı müəllimlər, Washingtonda ən yaxşı şərtlərlə təhsil almaqla yanaşı həyatınızın ən yaxşı vaxtını keçirə bilməyiniz üçün imkan yaradır. WSU-də təhsil alaraq Amerikadan zövq alın!
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Biznes
- MBA
- Marketinq
- Menecment
- Hüquq
- Vizual incəsənət
- Komputer elmləri
- Kommunikasiya
- Mühəndislik
- Riyaziyyat
- İngilis dili hazırılığı
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)