Depaul universitetinin əsası 1898-ci ildə qoyulmuşdur. Universitet Amerikada əhalisinin sayına görə 3-cü ən böyük şəhər, Chicagoda yerləşir. 17-ci əsr fransız din adamı Saint Vincent de Paul şərəfinə adlandırılan bu universitet ABŞ-da təhsilin səviyyəsinə görə qabaqcıl universitetlərdən biri hesab edilir. Artıq 1998-ci ildə Birləşmiş Ştatlarda ən böyük katolik universitetinə çevrildi. Universitet oyun dizayn proqramı, kino və teatr sahəsində ən yaxşılardan hesab olunur. Depaul universiteti kifayət qədər yüksək reytinqə sahibdir, buna misal olaraq, Times Higher Education Amerika Birləşmiş Ştatları universitetləri sıralamasında 257-ci yerdə qərarlaşmışdır. Universitetdə hal- hazırda bakalavr və magistr daxil olmaqla 24,600 tələbə təhsil alır. Tələbə sayına görə ABŞ-da 13-cü ən böyük olan universitetdə beynəlxalq tələbələr ümumi tələbə sayının 7%-ni təşkil edir. Universitet kampus daxilində yüksək keyfiyyətli tədris binaları, kitabxana, oxu zalları, yeməkxana, tələbələrə təqdim edilən ən son texniki avadanlıqlarla tələbələr üçün mükəmməl universitet şəraiti yaradır. Tələbələrin məzun olduqdan 6 ay sonra ortalama iş tapması 90%-dir.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Biznes
- Kommunikasiya
- Digtal Media
- Təhsil elmləri
- Hüquq
- Liberal incəsənət
- Tibb elmləri
- Musiqi
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq),tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)