University of New Hampshire

University of New Hampshire

Əlaqə

University of New Hampshire (UNH) Birləşmiş Ştatlarda yerləşən və qədim tarixə malik olan universitetlərdən biridir. Universitetin əsası 1866-cı ildə qoyulmuşdur. New Hampshire ştatının ən böyük universiteti hesab edilən bu təhsil ocağında 15 mindən çox tələbə təhsil alır. Universitetdə təhsil alan beynəlxalq tələbələrin ümumi tələbə sayının 2%-ni təşkil edir. U.S. News & World Report-a əsasən University of New Hampshire ən yaxşı dövlət universitetləri içərisində 46-cı yerdə qeyd etmişdir. Bununla yanaşı Times Higher Education dünya universitetləri sıralamasında isə ilk 5%-də yer alır (447-ci yer).
Üç geniş kampusa (Durham, Manchester və Concord) malik universitetin hər bir kampusu müasir və təhlükəsiz bir mühitə sahibdir. Universitetin Durham kampusu, altı kollecdən ibarətdir və təxminən 60 hektar yaşıl ərazini əhatə edir. Universitetin geniş və yüksək standartlara cavab verən kampuslarında tələbələrə asudə vaxtlarını səmərəli və əyləncəli keçirə bilməkləri üçün istənilən şəraiti yaradır. Hər kampus unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Tələbələr yuxarıda qeyd olunan xidmətlərdən əlavə olaraq universitetin nəzdində fəaliyyət göstərən 35-dən çox tələbə klubuna və tələbə təşkilatlarına üzv ola bilərlər.
Əgər universitet kapmusunu birbaşa görmək imkanınız yoxdursa, aşağıdakı linkə klik edərək kampusda virtual gəzinti edə bilərsiz.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Beynəlxaq münasibətlər
  • Biznes, Maliyyə və İqtisadiyyat
  • Təhsil Elmləri
  • İctimai İdarə etmə
  • Mühəndislik
  • Turizm
  • Komputer Elmləri
  • Hüquq
  • Memarlıq,İncəsənət və Dizayn
  • Musiqi
  • Tibb elmləri
  • Sosiologiya
  • İdman

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium architecture 5University of new hampshire

University of New Hampshire

1866-ci ildə əsası qoyulan və ən qədim universitetlərdən biri hesab olunan University of New Hampshire 15 mindən çox tələbəyə ev sahibliyi edir.
© 2020 SNG, All Rights Reserved.