UMASS Boston

UMASS Boston

Əlaqə

University of Massachusetts Boston, UMass Boston kimi tanınan, şəhər ictimai tədqiqat universitetidir və
Massachusetts kampusu beş kampus içərisində üçüncü böyük kampusdur. UMass Boston Bostonda yeganə ictimai universitetdir. Tələbələr ilk növbədə Massachusetts ştatından, bəziləri isə ABŞ və ya digər ölkələrdəndir. Universitet bakalavr, magistr və doktorluq dərəcələri ilə təmin edir, həmçinin sertifikat proqramları və korporativ, davamlı və uzaqdan
təhsil proqramlarını həyata keçirir. UMass Boston universitetinin tərkibində 100-dən çox müxtəlif klub, tələbə təşkilatları, nəşriyyat, incəsənət qalereyası və 16 NCAA Division III sport teams mövcuddur. NCAA Division III (National Collegiate Athletic Association) Milli atletika birliyi 3-cü bölümü Amerikada kollec və universitetlərdə idmançı tələbələr üçün fəaliyyət göstərən birlikdir.
Boston dünya üzrə ən yaxşı 3-cü tələbə şəhərciyi hesab olunur. UMass Boston universitetində 16 mindən çox bakalavr, magistr və doktorantura dərəcələri üzrə tələbə təhsil alır. Universitet magistr və doktorantura dərəcələri üzrə 130 proqram və 83 bakalavr dərəcəsi üzrə proqram təklif edir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Humanitar elmlər
  • Tibb elmləri
  • Texnologiya elmləri
  • Mühəndislik
  • Sosial elmlər
  • Biznes

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium u mass boston 2Umass boston

UMASS Boston

Bostonda yeganə ictimai universitet hesab olunan UMass Bostonda 16 mindən çox bakalavr, magistr və doktorantura dərəcələri üzrə tələbə təhsil alır.
© 2020 SNG, All Rights Reserved.