University of Idaho Birləşmiş Ştatların ən təhlükəsiz şəhərlərində biri olan Moscow şəhərində yerləşir. Idahonun qabaqcıl universitetlərindən biri hesab olunan bu universitetin əsası 1889-cu ildə qoyulmuşdur. 12 mindən çoxdan tələbənin təhsil aldığı University of Idaho ştatın ən qədim universitetidir. Universitet ümumilikdə bakalavr, magistr və doktorantura pilləsi də daxil olmaqla 142 fərqli proqram təklif edir.
The University of Idaho Washington Monthly College Rankings görə ABŞ milli universitetlər arasında 61-ci sırada yer almışdır. Birləşmiş Ştatlarda U.S. News & World Report-un ən yaxşı dövlət universitetləri sıralamasında isə 90-cı yerdə qərarlaşmışdır. The University of Idaho rəsmi olaraq Northwest Commission on Colleges and Universities təşkilatı tərəfindən akkreditə olunmuşdur.
Universitetin Moscowda yerləşən kampusun ərazisi 6.4 km2 sahəni əhatə edir, bu kampus daxilində 253-ə qədər administrativ tədris binası, geniş parklar, velosiped yolları, computer laboratoriyaları, qolf meydançası, kitabxanalar və s mövcuddur. Qeyd etmək lazımdır ki, bu universitet kampusu ştatda ən böyük kampusdur. Universitetin kampusu daxilində çox sayda yataqxanalar mövcuddur, buna misal olaraq Wallace Residence Center, Theophilus Tower, McConnell Hall kimi yüksək komfortlu yataqxanaların adını çəkmək olar.
Universitet məzunları arasında nəinki Birləşmiş Ştatlarda həmçinin dünyaca məşhur alimlər, idman ustaları,biznesmen və sahibkarlar, dövlət nümayəndələri, ədəbiyyatçılar və başqa sənət sahiblərinin adları çəkilir.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Kənd təsərrüfatı
- Təbiət elmləri
- Biznes
- Təhsil
- Mühəndislik
- Memarlıq
- Komputer elmləri
- Mühəndislik
- Hüquq
- Təbii sərvətlər
Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)
Təhsil Ödənişləri : 14,000 USD - 51,000 USD