University of Massachusetts Lowell Massachusetts ştatında Lowell şəhərində yerləşir. Əsası 1894-cü ildə qoyulan Umass Lowel ABŞ-ın ən məşhur dövlət tədqiqat universitetlərindən biridir. UMass Amherst-dən sonra ştatda 2-ci ən böyük kampusu və təhsil vəsaitləri olan universitetdir.
National University Ranking (U.S. News & World Report)-reytinqinə əsasən UMass Lowel 156-cı, Public University Ranking (U.S. News & World Report) əsasən 80-ci, Top Biznes proqramları üzrə 216-cı və ən nəhayət top dövlət universitetləri arasında 80-ci yerdə qərarlaşmışdır. University of Massachusetts Lowell metrologiya, səs yazma texnologiyası, nüvə mühəndisliyi və plastika mühəndislikləri üzrə bakalavr təhsili verən az sayda universitetdən biridir.
Qlobal məkanın mərkəzində yerləşən yüksək enerjili kampusunda 17 mindən çox bakalavr, master və doktorantura dərəcələri üzrə tələbə təhsil alır. Northweast Bostondan 25 mil məsafədə yerləşən universitet kampusu Massachusetts ştatında 2-ci ən nəhəng kampusdur.
UMass Lowel universitetinin tərkibində 200-dən çox müxtəlif klub və təşkilatlar mövcuddur. Tələbələr asudə vaxtlarında musiqi, rəqs, oxu, idman kimi klublara qoşularaq öz tələbə həyatlarına daha da rəng qata bilərlər.
Universitetin məşhur məzunları arasına məhşur buz hokkeyi ustası Craig Charron, avarçəkmə üzrə olimpiya gümüş mükafatçısı Shelagh Donohoe və başqa məşhur insanlar vardır. Universitet məzunlarının məzunlarının ortalama gəlirləri $53,900-dan başlayır.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- Biznes
- Təhsil Elmləri
- Mühəndislik
- Humanitar elmlər
- Sosial elmlər
- Musiqi
- Tibb elmləri
- Sosiologiya
- Tarix
- Kriminologiya
- Tələb olunan sənədlər Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)