Marist Kolleci 1929-cu ildə Nyu-Yorkun Hudson bölgəsində yaradılan özəl kollecdir. Qədim tarixə malik olan kollecin əsası Marist qardaşları tərəfindən qoyulmuşdur. Hudson çayına mənzərəsi olan kollecin kampusu 60 hektar ərazini əhatə edir.
Bu gün kollecdə bakalavr və magistr təhsil pilləsi üzrə 56, sertifikatlaşma proqramı üzrə 21 fərqli kurs təklif olunur. Beynəlxalq tələbələr dərslərdə Amerikalı tələbələrlə birlikdə iştirak edirlər ki, bu da öz növbəsində onların yeni mühitə mümkün qədər tez adaptasiya olmasına şərait yaradır.
U.S. News & World Report və Princeton Review davamlı olaraq Marist kolleci Amerikanın ən yaxşı kolleclərindən biri mənasına gələn America Best Colleges olaraq qeydə alır.
Kollecin nəinki təkcə New Yorkda hətta Avropanın mərkəzində, Florensiya şəhərində bir kampusu mövcuddur. Universitetin kampuslarının hər birində kitabxana, tam təchiz olunmuş idman və fitness mərkəzi, sağlamlıq mərkəzi və kampus daxili yataqxana mövcuddur.
Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)
- İncəsənət
- Kommunikasiya
- Media
- Komputer elmləri
- Riyaziyyat
- Menecment
- Təbiət elmləri
- Psixologiya
- İngilis dili
Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat,tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikatı ( IELTS və ya TOEFL)