IELTS

IELTS

Əlaqə

IELTS (International English Language Testing System) 1989-cu ildə fəaliyyətə başlamışdır. IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir.

Müasir dövrdə yaşından asılı olmayaraq hər kəs inglis dilini öyrənmək istəyir və bu dili ünsiyyət vasitəsinə çevrilməyə çalışır. Beləliklə sizi İELTS imtahanı barədə məlumatlandırmaq istəyirik. IELTS (International English Language Testing System) 1989-cu ildə fəaliyyətə başlamışdır. IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir. IELTS sertifikatını almaq insanlar üçün dünyanın bir çox yerlərində akademik və profesional  baxımından çox böyük imkanlar yaradır. Hal-hazırda dünyanın 140-dan çox ölkəsində IELTS imtahanı keçirmək üçün 1000-dən çox test mərkəzləri mövcuddur. Hər il bu imtahanda 2 milyondan çox insan  iştirak edir və ildən-ilə bu göstərici daha da artır. IELTS Britaniya konsulluğu, Kembric imtahanları və IDP Avstraliya tərəfindən idarə edilir. IELTS testinin 2 versiyası var: academic IELTS (akademik ielts ) və general training ielts (ümumi versiya). Akademik ielts tələbələrə xaricdə bir çox universitetlərdə ali təhsil almağa kömək edir. General traning IELTS sertifikatı isə ingilis-dilli ölkələrdə işləmək və ya orta təhsil almaq üçün əldə edilir. IELTS testi üçün maksimal bal 9-dur və sertifikat 2 il müddətində etibarlıdır. Testin 4 mərhələsi mövcddur: (oxuma və inglis dilinin ifadəsi yazma, dinləmə və danışıqdan ibarətdir) IELTS kurslarına başlamaq üçün dil səviyyəsi minimum intermediate olmalıdır. Əgər dil səviyyəsi intermediate-dan aşağıdırsa o zaman tələbə ümumi-ingilis dili kurslarına yazılaraq inglis dilini inkişaf etdirir və daha sonra ielts hazırlığına başlaya bilir. "SNG Group" Xaricdə Təhsil şirkəti tələbələrə IELTS imtahanında yüksək nəticə əldə etmək imkanı yaradır. Siz bizim şirkətdə sınaq imtahanı verdikdən sonra IELTS dərslərinə başlaya bilərsiniz. Qazanılan təcrübə, xaricdən gətirlimiş metodik vəsaitlər, dərslərin ən müasir səviyyədə təşkili sizin bu imtahana hazırlaşmanızdakı çətinliklərə son qoyacaq.

Cambridge Assessment English (CAE və CPE)

Bu imtahan sayəsində siz dünyanın bir cox aparıcı universitetlerində təhsil almaqla öz akademik t...

DAHA ƏTRAFLI

TOEIC

The Test of English for International Communication (TOEIC) Beynəlxalq səviyyədə işləyən insanlar...

DAHA ƏTRAFLI

TOEFL

TOEFL imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən...

DAHA ƏTRAFLI
© 2020 SNG, All Rights Reserved.