Saint Louis University

Saint Louis University

Əlaqə

1818-ci ildə St. Louis şəhərində əsası qoyulan Saint Louis University, akademik tədqiqat və təhsili ilə ABŞ-ın ən tanınmış və nüfuzlu universitetlərindən biridir. Universitet “Association of Jesuit Colleges and Universities” assosasiyasının 28 üzvündən biridir və “North Central Association of Colleges and Secondary Schools” tərəfindən rəsmi akkreditasiyaya sahibdir. Atlantic 10 üzvü olan SLU idman klubu NCAA 1-ci diviziyasında çıxış edir.
Bir çox təhsil sahəsindəki uğurlarına görə Saint Louis University ABŞ universitetləri reytinq sıralamasında üst sıradadır. Buna misal olaraq, Times Higher Education Birləşmiş ştatlar universitetləri sıralamasında SLU 106-cı yerdə sıralanmışdır. SLU ABŞ-da ilk federasiya sertifikatlı uçuş universiteti adı almışdır.
Universitetin akademik heyəti ümumi sayı 750-dən çox olan ixtisaslı müəllim və professorlardan ibarətdir. Təxminən 14,000-dən çox tələbənin təhsil aldığı universitet öz kampuslarında tələbələrin yerləşməsində və asudə vaxtlarını səmərəli şəkildə keçirə bilməkləri üçün imkan yaradır.
Universitetin yüksək keyfiyyətli tədris binaları və tələbələrə təqdim edilən ən son texniki avadanlıqlarla tələbələr üçün mükəmməl universitet şəraiti yaratmışdır. Tələbələr kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə iştirak edə bilər və eyni zamanda universitetin razılığı əsasında mədəni tələbələr özləri də tədbir təşkil edə bilərlər.
Universitetin Karyera Xidməti bir çox tələbələri təhsil aldığı müddət ərzində təcrübə proqramlarına və universiteti bitirdikdən sonra işə yerləşdirmə köməkliyi göstərir.
Amerika Birləşmiş Ştatlarında keyfiyyətli bir universitet təhsili üçün Saint Louis University beynəlxalq tələbələr üçün prioritet hesab edilən seçimlərdən biridir.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Aerokosmik mühəndislik
  • İncəsənət
  • Biznes
  • Kompüter bilikləri
  • Səhiyyənin idarə edilməsi
  • Təbiət elmləri
  • Kimya
  • Hüquq

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis- dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium saint loui%c3%adSaint louis university

Saint Louis University

Universitet “Association of Jesuit Colleges and Universities” assosasiyasının 28 üzvündən biridir və “North Central Association of Colleges and Secondary Schools” tərəfindən rəsmi akkreditasiyaya sahibdir. Atlantic 10 üzvü olan SLU idman klubu NCAA 1-ci diviziyasında çıxış edir.
© 2020 SNG, All Rights Reserved.