Northfield Mount Hermon 9-12-ci siniflərdə 650 şagirdə xidmət edən yüksək təhsil səviyyəli, beynəlxalq qapalı məktəbdir (Boarding School). Qapalı məktəb tələbələrin birlikdə təhsil alıb yaşadığı məktəblər hesab olunur. Northfield Mount Hermon məktəbi Massaçusets ştatının Konnektikut çayı vadisində sakit, təbiətlə əhatəli 1320 hektarlıq kampusda yerləşir.
Ümumilikdə NMH təhsil təcrübəsi maraqlarınızı kəşf etməyə, araşdırmağa, potensialınızı reallaşdırmağ, eyni zamanda sağlam tarazlığı saxlamağa kömək etmək üçün nəzərdə tutulub. Hər bir NMH tələbəsi yüksək şagird təcrübəsinə sahib mentorlar şəbəkəsi (məsləhətçilər, müəllimlər, kouçlar) ilə əhatə olunmuşdur.
Tələbələrin kampusda iştirakı sadəcə təhsildən daha çoxudur. Onlar həmçinin geniş seçimdə tədris proqramları və məktəbdənkənar imkanlardan istifadə edə bilərlər. Dərsdənkənar fəaliyyətlər seçimdən asılı olaraq dəyişir və əksəriyyəti tələbələr tərəfindən yaradılan və idarə olunan çoxlu klub və təşkilatları əhatə edir.
Northfield Mount Hermon Məktəbində xüsusi müəllimlərlə kiçik siniflərdə başlayır.
Burada tələbələr öz intellektual sərhədlərini təsəvvür etmədikləri şəkildə genişləndirmək imkanı əldə edirlər. Təhsilə başlayaraq ilk olaraq qarşılaşacaqları fərq ənənəvi sərhədlərin qırılmağa başlayacağı olacaq – məsələn, incəsənət və elm arasında; sosial ədalət və davamlılıq arasında; kampus və dünya ictimaiyyəti arasında və s.
NMH-ın təklif etdiyi proqramlar:
- College-Model Academic Program, or CMAP
- Advanced Program
- Summer Session