Mərkəzi və Qərbi Avropada yerləşən Almaniya saymaqla bitməyən avantajlarıyla tələbələrin təhsil və karyera sahəsində ilk seçimlərindən birinə çevrilmişdir. Avropanın 9 ölkəsi ilə həmsərhəd olan və mülayim iqlimə sahib olan Almaniyada yerləşən universitetlər tibb, biznes, komputer elmləri və mühəndislik ixtisaslarının tədrisinə görə məşhurdur.
Xarici tələbələr Almaniyada ümumi tələbə sayının 13%-ni təşkil edirlər. Xarici tələbə sayında 2016/2017 qış semestri ilə müqayisədə 4.5 % artım müşahidə olunur.
Almaniyada yerləşən universitetlərin diplomları bütün dünya üzrə tanınır. Tələbələrinə məzun olmadan əvvəl tətbiq etdiyi stajlardan sonra tələbələr tanınmış şirkətlərdən iş təklifləri almaqdadır. Məzun olan tələbələrin ən böyük üstünlüklərindən biri Almaniya və Avropada yaşamaq və işləmək hüququnun olmasıdır.