GISMA biznes məktəbi tətbiqi elmlər universitetinin əsası 1999-cu ildə qoyulub və təhsilin istiqaməti əsasən biznes sahəsində texnologiyanın və innovativ həll yollarının inkişaf etdirilməsinə doğru yönəldilib. Universitetdə, tədris prossesi əsasən, yerli və beynəlxalq biznes subyektlərinin nümunələrinə əsaslanaraq prakitiki şəkildə aparılır. Universitet dünyanın ən böyük texnika firmaları və startap şirkətləri ilə əməkdaşlıq edir və bu da tələbələrə gələcəkdə həmin şirkətlərdə təcrübə keçmək və ya məzun olduqdan sonra asanlıqla iş tapmaq imkanı verir.
GISMA universiteti, 2013-cü ildə ali təhsil üzrə aparıcı provayder kimi tanınan Qlobal Universitetlər Sisteminə (GUS) qoşulub.
Hazırda universitetin kampusları, Almaniyanın Berlin, Potstam, Hannover və Hamburq şəhərlərində yerləşir. 2018-ci ildə universitet London şəhərində ilk beynəlxalq kampusunu təsis edib.
GISMA Almaniyada fəaliyyət göstərən akkreditasiyadan keçmiş altı biznes məktəbindən biridir. Universitet 100% ingilis dilində tədris olunan təhsil proqramları ilə yanaşı, tələbələr üçün tamamilə ödənişsiz olan alman dili dərsləri də təklif edir.
Təhsil proqramları
Bakalavr dərəcəsi:
- Verilənlər bazası, Süni intelekt və rəqəmsal biznes
- Beynəlxalq idarəetmə
- Biznesin idarə edilməsi
- Rəqəmsal biznesin idarə edilməsi
- Biznesin idarə edilməsi (Marketinq)
- Beynəlxalq biznesin idarə edilməsi
- Rəqəmsal marketinq
Magistratura dərəcəsi:
- Rəqamsal transformasiya üçün liderlik
- Beynəlxalq biznesin idarə edilməsi
- Qlobal MBA
- Beynəlxalq aqrobiznes
- Verilənlər bazası, Süni intelekt və Rəqəmsal biznes
- MBA
- İnnovasiya, Strategiya və sahibkarlıq
- Marketinqin idarə olunması
- Korporativ maliyyənin idarə olunması
- Qlobal mühasibatlıq
- Beynəlxalq biznesin idarə olunması
- Beynəlxalq marketinq
- Liderlik və İnsan Resurslarının idarə olunması
- Strateji Biznesin idarə olunması
- Layihənin idarə olunması
- Rəqəmsal marketinq
- Biznes təfəkkürü və analitika
- Kiber təhlükəsizlik və verilənlər bazasına nəzarət