IUBH University of Applied Sciences 1998-ci ildə Bonn şəhərinin yaxınlığında Bad Honnef şəhərində özəl biznes məktəbi kimi təsis edilmişdir. Universitetin Bad Honnef, Bad Reichenhall və Berlində kampusları mövcuddur. IUBH Universitetinin müasir kampusu Bad Honnef, Almaniyanın Bad Honnef şəhərinin qəlbində, mənzərəli St Peter Park və Anno Parkı ərazisində yerləşir. Düsseldorf şəhəri 1 saatlıq, Köln şəhəri isə 30 dəqiqəlik məsafədədirlər.
Ümumilikdə, IUBH kampusunda təxminən 9000 tələbə təhsil alır. Universitetdə tədris prossesi dünya üzrə tanınmış universitetlərdən məzun olmuş və illərlə təcrübəsi olan biznes və turizm idarəçiliyindən olan professorlar tərəfindən aparılır. Tədris dili ingilis və alman dilləridir. Universitetdə yüksək səviyyəli menecerlərin iştirakı ilə "CEO-dan dərslər" təşkil edilir. Karyera xidməti isə tələbələrə staj və məşğulluq sahəsində tövsiyələr verir.
IUBH universitetində təhsil alan tələbələr Almaniyanın Airberlin, Deutsche, Lufthansa, Köln, Bonn hava limanında və digər böyük Alman şirkətlərində təcrübə keçirlər. Belə təşkilatlarla yaranan qarşılıqlı əlaqələr məzunların karyeralarında müvəffəqiyyətli olmalarına dəstək olur. Tələbələrin 75%-i məzuniyyətdən 3 ay sonra işlə təmin olunur.
IUBH universiteti uzun illər Şimali və Cənubi Amerika, Asiya, Avstraliya və Avropanın qabaqcıl universitetləri ilə geniş əməkdaşlıq edir.
Universitet tələbələrə təhsil aldıqları proqramı başqa ölkədə tamamlama imkanı da yaradır. Bu təcrübə sizin xarici dil bacarıqlarınızı və təhsil aldığınız ixtisas sahəsində biliklərinizi birbaşa beynəlxalq şirkətlərdə tətbiq etmək imkanı verir.
IUBH universitetinin bütün proqramları FIBAA (Beynəlxalq Biznes İdarəsi Akkreditasiya Fondu) tərəfindən və 2009-cu ildə German Council of Science and Humanities tərəfindən akkreditə olunmuşdur. 2020-22-ci illər üzrə Universitetin Biznes Administrasiyası proqramı bir neçə nominasiyalara görə CHE-Ranking sıralamasında Almaniyanın ən qabaqcıl universiteti seçilmişdir.
Tədris proqramları
Bakalavr:
- Beynəlxalq Menecment
- Aviasiya
- Komputer elmləri
- Qonaqlama işi
Magistratura:
- Mühəndislik
- Maliyyə və mühasibatlıq
- Beynəlxalq Aviasiya
- Beynəlxalq qonaqlama işi
- Beynəlxalq marketinq
- IT
- Nəqliyyat və Logistika
- Kompüter elmləri
MBA:
- Beynəlxalq biznes
- Maliyyə və mühasibatlıq
- IT
- Beynəlxalq Marketinq
- Mühəndislik layihələrinin idarə olunması