Universitetin əsası 1980-cı ildə qoyulub. www.studycheck.de portalında tələbələrin verdiyi qiymətləndirməyə əsasən universitet Almaniyada ard-arda 2 dəfə ən populyar universitet seçilib. 2020-ci ilin göstəricilərinə görə isə universitet 108 universitet arasında 4-cü yeri tutub. Tədris prosesinin keyfiyyətinə görə universitet digər özəl universitetlər arasından özünəməxsusluğu ilə seçilir. Dövlət tərəfindən tanınmaq özəl fəaliyyət göstərən tətbiqi elmlər universtieti üçün xüsusi göstəricidir. Bu o deməkdir ki, burada tədrisin keyfiyyəti dövlət universitetlərindəki tədrisin keyfiyyəti ilə eynidir. Accadis Hochschule Universiteti də 2004-cü ildən bəri dövlət tərəfindən rəsmi olaraq tanınır. Universitetin qabaqcıl şirkətlərlə apardığı əməkdaşlıqlar sayəsində tələbələr, burada təcrübə proqramlarına, və ya məzun olduqdan sonra vakansiyalar üçün asanlıqla müraciət edə bilərlər.
Universitetin bütün bakalavr və magistratura proqramları akkreditasiyadan keçib.
Təhsil proqramları
Bakalavr dərəcəsi (alman dilində):
- Beynəlxalq Biznesin idarə olunması
- Rəqəmsal biznesin idarə olunması
- Beynəlxalq İdman
- Beynəlxalq Marketinq
- Marketinq və Tədbirlərin təşkili
- Biznes Kommunikasiyası
- Biznes üzrə IT konsaltinq
Magistratura dərəcəsi (ingilis dilində):
- Beynəlxalq menecment
- Rəqəmsal biznes strategiyası
- Strateji təchizat zənciri
- Qlobal İdmanın idarə olunması
- Beynəlxalq futbolun idarə olunması
- Brend və bahalı malların marketinqi
- Qlobal marketinqin idarə olunması
- Beynəlxalq səhiyyənin idarə olunması