Jacobs University

Jacobs University

Əlaqə

Jacobs Universiteti Almaniyada ən çox beynəlxalq tələbənin təhsil aldığı universitetlərdən biridir. Bremendə yerləşən xüsusi bir universitet olaraq, Jacobs Universiteti dünyanın bir çox ölkəsindən tələbələri cəlb edir. 120-dən çox ölkədən 1300-dən çox tələbə hazırda universitetdə təhsil almaqdadır.

Jacobs Universiteti dövlət tərəfindən akkreditə olunmuş tədqiqat universiteti olub, bakalavr və magistratura proqramları, eləcə də, Beynəlxalq Hazırlıq Proqramı təklif edir.

Universitetə qəbul olunan tələbələrə təhsilin ilk ilində ixtisaslarını dəyişmək şansı verir. Jacobs Universitetində hər bir tələbə üçün təyin olunmuş akademik məsləhətçi var və tələbələr bütün təhsilləri müddətində yay təcrübə proqramlarına cəlb olunurlar.

Univrsitetin karyera xidməti karyeralarının bütün mərhələlərində tələbələrə dəstək verir.

Jacobs Universiteti, ən qabaqcıl beynəlmiləl universitet, ən yaxşı özəl universitet, ən gənc universitet reytinqlərində ön sıralarda yer alır. Universiteti bitirən tələbələrin 90%-i məzun olduqları ilk ildən işlə təmin olunurlar. Məzunların 82%-i Avrova və Şimali Amerikada yerləşən şirkətlərdən iş təklifləri alır.

*Təhsil Proqramları *

Bakalavr dərəcəsi:

  • Sənaye Mühəndisliyi & İdarəetmə
  • Riyaziyyat
  • Kompüter Elmləri
  • Elektirk və Kompüter Mühəndisliyi
  • Ağıllı Mobil Sistem Mühəndisliyi
  • Kimya
  • Təbiət Elmləri - Hazırlıq proqramı
  • Tibbi Kimya və Bioloji Kimya
  • Yer və Ətraf Mühit Elmləri
  • Fizika
  • Qlobal iqtisadi və idarəetmə
  • Beynəlxalq Biznes İdaretmə
  • Sosial Elmlər
  • Beynəlxalq Əlaqələr Siyasət və Tarix
  • Psixologiya

Magistratura dərəcəsi:

  • Data Mühəndisliyi
  • Təhlükəsizlik Elmləri İdarəetmə
  • Beynəlxalq əlaqələr
  • Psixologiya

Jacobs University

Medium wide fullhd iub 8705 aspect ratio 1920x800Jacobs university bremen 329 logo

Jacobs University

Jacobs Universiteti Almaniyada ən çox beynəlxalq tələbənin təhsil aldığı universitetlərdən biridir. Bremendə yerləşən xüsusi bir universitet olaraq, Jacobs Universiteti dünyanın bir çox ölkəsindən tələbələri cəlb edir.
© 2020 SNG, All Rights Reserved.