University of Europe

University of Europe

Əlaqə

Avropa tətbiqi elmlər universiteti UE 2017-ci ildə BTJ İncəsənət və Dizayn universiteti ilə, BiTS Biznes, İdman, Media və Tədbirlər universitetinin bazasında yaradılıb və hazırda gələcəyin layihəçiləri və qərar sahibi olmaq istəyənlər üçün təhsil proqramları təklif edir.
Universitet dövlət akreditasiyasından keçmiş özəl universitet olmaqla, İserlohn, Berlin və Hamburq şəhərlərində yerləşən kampuslarda və UE innovasiya mərkəzində fəaliyyət göstərir və hər il dünyanın 90-dan çox ölkəsindən gələn əcnəbi tələbləri qarşılayır.
Universitetin tədris prossesində praktiki təlimlər üstünlük təşkil edir ki, universitet bu metodun tələblərin fərdi kefiyyətlərinin üzrə çıxarılmasına köməklik etdiyinə inanır. Bundan başqa, Peşəkar səriştəlik proqramında iştirak edən tələbələr təkmilləşdirdikləri şəxsi kefiyyətlərini və əldə etdikləri nailiyyətləri nümayiş etdirmək imkanı qazanırlar.

UE universiteti Almaniyanın Elm və Humanitar konsulluğunun akreditasiyasından, universitetin təklif etdiyi təhsil proqramları isə FIBAA və Mərkəzi Qiymətləndirmə və Akreditasiya agentliyinin (ZevA) akreditasiyasından keçib. Biznes proqramlarına görə universitet U-Multirankın top onluğunda yer alır. Universitet həmçinin GUS Qlobal Universitetlər Sisteminin üzvüdür və məzunlara təqdim olunan diplomlar beynəlxalq səviyyədə tanınır.

Təhsil proqramları

  • Baza təhsili (Studienkolleg)

Bakalavr dərəcəsi:

  • Kommunikasiya və Dizayn (ingilis və alman dillərində)
  • Fotoqrafiya (ingilis və alman dillərində)
  • İllustrasiya (alman dilində)
  • Rəqəmsal və interaktiv dizayn (alman dilində)
  • Film + hərəkətli dizaynı (ingilis və alman dillərində)
  • Oyun dizaynı (ingilis və alman dillərində)
  • İllustrasiya (ingilis dilində)
  • Biznes və Menecment (ingilis və alman dillərində)
  • Biznes psixologiyası (alman dilində)
  • İdman və tədbirlərin təşkili (ingilis və alman dillərində)
  • Futbolun idarə olunması - İxtisaslaşma (alman və ingilis dillərində)
  • Psixologiya (alman dilində)
  • Biznes və Vergi (ikiqat) (alman dilində)
  • Rəqəmsal biznes və Verilənlər bazası (inigilis dilində)
  • Rəqəmsal media və marketinq (ingilis və alman dillərində)
  • e-İdman – İxtisaslaşma (EN)
  • Basketbolun idarə olunması - İxtisaslaşma (ingilis)
  • İdman və Tədbirlərin təşkili - Alba Berlin Kolleci (ikiqat) (ingilis dilində)

Magistratura dərəcəsi:

  • Media məkanları (ingilis dilində)
  • Fotoqrafiya (ingilis dilində)
  • İnnovasiya dizayn idarəetməsi (ingilis dilində)
  • Vizual və təcrübə dizaynı (ingilis dilində)
  • Korporativ idarəetmə (ingilis və alman dillərində)
  • Marketinq menecment və ictimai əlaqələr (alman dilində)
  • Ağıllı şəhərin idarə olunması (ingilis və alman dillərində)
  • Maliyyə menecmenti (ingilis dilində)
  • Beynəlxalq İdman və Tədbirlərin idarə olunması (ingilis dilində)
  • MBA (ingilis dilində)

University of Europe UE

Medium 95799845 1276993192504418 977427732143013888 nUniversity of applied sciences europe   study in berlin  hamburg or iserlohn

University of Europe

Avropa tətbiqi elmlər universiteti UE 2017-ci ildə BTJ İncəsənət və Dizayn universiteti ilə, BiTS Biznes, İdman, Media və Tədbirlər universitetinin bazasında yaradılıb və hazırda gələcəyin layihəçiləri və qərar sahibi olmaq istəyənlər üçün təhsil proqramları təklif edir.
© 2020 SNG, All Rights Reserved.