ESCP Business School

ESCP Business School

Əlaqə

ESCP Biznes Məktəbi beynəlxalq universitet olub, 6 kampusu - Berlin, London, Madrid, Paris, Turin, Varşava şəhərlərində fəaliyyət göstərir. Avropa üzrə 140, dünya üzrə isə 47 elmi alyansın üzvüdür. Universitetin Berlin kampusunda 100-dən artıq millətin nümayəndələri təhsil alır. ESCP məktəbi bir çox akkreditasiyalardan keçib. Bunlara AACSB, EQUIS, EFMD MBA, EFMD EMBA daxildir.

ESCP Biznes Məktəbi Almaniyanın qabaqcıl biznes məktəblərindən olmaqla, dövlət tərəfindən rəsmi şəkildə tanınır. Universiteti yalnız ölkə miqyasında deyil, həmçinin beynəlxalq reytinqlərdə də çox tez-tez irəli pillələrdə görmək mümkündür.

ESCP Berlin məktəbi 3 əsas sahə üzrə ixtisaslaşıb: bunlar - davamlılıq, sahibkarlıq və rəqəmsallaşmadır. Tanınmış şirkətlər olan Accenture, Bain, Bayer, Coca-Cola və P&G universitetlə sıx əməkdaşlıq edir, universitetin elmi işçiləri tərəfindən aparılan elmi araşdırmaların, tələbə və məzunların yüksək akademik keyfiyyətə malik olması onların universitetlə daim əlaqədə qalmasını təmin edir.

Təhsil proqramları

Bakalavr dərəcəsi:

  • Menecment

Magistraturaya hazırlıq proqramı

Magistratura dərəcəsi:

  • Menecment
  • İxtisaslaşmış magistratura proqramı
  • Beynəlxalq menecment – MBA

Doktorantura dərəcəsi, qiyabi təhsil və onlayn təhsil proqramları.

ESCP Business School

Medium berlin campus imtextDefault picture news md

ESCP Business School

ESCP biznes məktəbi beynəlxalq universitet olub, 6 kampusu - Berlin, London, Madrid, Paris, Turin, Varşava şəhərlərində fəaliyyət göstərir. Avropa üzrə 140, dünya üzrə isə 47 elmi alyansın üzvüdür. Universitetin Berlin kampusunda 100-dən artıq millətin nümayəndələri təhsil alır.
© 2020 SNG, All Rights Reserved.