Berlin University of Applied Sciences (SRH)

Berlin University of Applied Sciences (SRH)

Əlaqə

Berlin University of Applied Sciences 2019-cu ildə, 3 məktəbin birləşməsindən yaranıb. Hazırda universitetin tərkibində, Berlin, Drezden və Hamburq şəhərlərində yerləşən 6 məktəb fəaliyyət göstərir. Bu məktəblər ixtisas profillərinə görə bir-birindən fərqlənir, lakin elmi və inzibati strukturlar, həmçinin resurslar və dəyərlər ümumi olduğundan, məktəblər bir çətir altında birləşərək uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqdan ən çox faydalanan isə tələbələrdir.

SRH qrupuna daxil olan məktəblər - Berlin Layihə və Kommunikasiya məktəbi, Berlin Populyar incəsənət növləri məktəbi, Berlin İdarəçilik məktəbi, Berlin Texnologiya məktəbi, Drezden İdarəçilik məktəbi, SRH Hamburq kampusudur.
Universitetin tərkibində fəaliyyət göstərən ayrı-ayrı departamentlər tələbələrin bütün təhsilləri müddətində istənilən köməklik və dəstəyi göstərməyə hazır vəziyyətdədirlər.

Universitetin təklif etdiyi 33 bakalavr proqramı, 31 magistratura proqramı, 6 MBA proqramı və 3 qısamüddətli kursların 65-i akkreditasiyadan keçib. Tədris alman və ingilis dillərində aparılır. Universitet 100-dən çox ölkədən gələn əcnəbi tələbələrə ev sahibliyi edir.

Təhsil proqramları

Bakalavr dərəcəsi:

  • İqtisadiyyat
  • Dizayn və media
  • Film və fotoqrafiya
  • Səhiyyə, sosial sahə və psixologiya
  • Otelçilik, turizm və tədbirlərin təşkili
  • Rabitə və media
  • Musiqi və səs
  • Elm və texnologiya
  • İstifadəçi təcrübəsi, kodlaşdırma və texnologiya

Magistratura dərəcəsi:

  • İqtisadiyyat
  • Dizayn və media
  • Film və fotoqrafiya
  • Kommunikasiya və media
  • Elm və texnologiya

Berlin University of Applied Sciences SRH

Medium srh hochschule berlinLogo srh

Berlin University of Applied Sciences (SRH)

Berlin University of Applied Sciences 2019-cu ildə 3 məktəbin birləşməsindən yaranıb. Hazırda universitetin tərkibində,Berlin, Drezden və Hamburq şəhərlərində yerləşən 6 məktəb daxildir.
© 2020 SNG, All Rights Reserved.