Münhen Biznes Məktəbinin əsası 1991-ci ildə qoyulub və məktəb Elmi Konsulluq tərəfindən akkreditasiyadan keçmiş özəl universitetdir. Universitet yerli və əcnəbi tələbələrə iqtisadi sahədə təhsil proqramları təklif edir. Münhen Biznes Məktəbinin etnik tərkibi olduqca müxtəlifdir. Burada hətta bəzi qəbul semestrlərində əcnəbi tələbələrin sayı 70%-dən çox olur.
Bu universiteti seçmək üçün bir sıra səbəblər mövcuddur. Onlardan bəziləri, universitetin beynəlmiləl olması, praktiki təlim metodlarına üstünlük verilməsi, hər bir tələbəyə fərdi qaydada diqqətin ayrılması, mütəmadi olaraq daxili və xarici qurumlar tərəfindən nəzarət-təftiş prosedurlarından keçirilərək qiymətləndirmənin aparılması və bəzi təhsil proqramlarının həm alman, həm də ingilis dillərində tədris olunmasıdır.
Burada təhsil alan tələbələr təhsil aldıqları müddət ərzində müəyyən semestrləri, universitetin əməkdaşlıq etdiyi 60-dan çox universitetdə təhsil ala bilər ki, bu, MBS universitetinin təklif etdiyi unikal imkanlardandır.
Təhsil proqramları
Bakalavra hazırlıq
- Beynəlxalq Biznes
Bakalavr dərəcəsi:
- Beynəlxalq innovasiyaların idarə edilməsi (Məhsulun həyat müddətinin idarə edilməsi)
- Beynəlxalq satınalmalar, istehsalat və logistika (Təchizat zəncirinin idarə edilməsi)
- Beynəlxalq marketinq və satış (Müştərilərlə əlaqələrin idarə edilməsi)
- Beynəlxalq personalın idarə edilməsi və liderlik
- Beynəlxalq maliyyə idarəetməsi
Magistraturaya hazırlıq
Magistratura dərəcəsi:
- Beynəlxalq biznes
- Beynəlxalq marketinq və brendin idarə olunması
- İdman binesi və kommunikasiya
Biznes Administrasiyası üzrə magistratura təhsili - MBA
Biznes Administrasiyası üzrə doktorantura təhsili - DBA