Macarıstan mərkəzi Avropada yerləşən ən qədim dövlətlərdən biridir. Əhalisinin sayı 10 milyona yaxındır. Paytaxtı Budapeşt dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir və dünya miqyasında tanınan bir çox universitetlərə ev sahibliyi edir. Macarıstan 2004-cü ildə Avropa Birliyinin tam üzv olduqdan sonra təhsil sahəsində böyük irəliləyişə nail olmuş və artıq təhsilin güclü bir ənənəsi olan Macarıstan universitetləri Avropanın ən yüksək reytinqli universitetləri arasında yer almışdır. Avropada münasib təhsil xərcləri ilə yüksək keyfiyyətli təhsil almaq istəyən tələbər üçün Macarıstan universitetləri ən əlverişli seçimlərdən biridir. Macarıstanda təhsilin yüksək səviyyədə olmasına bariz bir nümunəsi, ümumilikdə 14 Macar elm və incəsənət adamının Nobel mükafatına layiq görülməsidir.
Macarıstan Avropa Birliyinə daxil olan ölkələrdən biri olduğu üçün, bu ölkədə alacağınız diplom dünyanı bir çox ölkəsində və bütün Avropa ölkələrində tanınır.