Corvinus University of Budapest

Corvinus University of Budapest

Əlaqə

1853-cü ildə Budapeştdə əsası qoyulan Corvinus Universiteti akademik tədqiqat və təhsili ilə Avropanın ən nüfuzlu universitetlərindən biri sayılır. 2006-cı ildə Corvinus Universiteti Financial Times Business Magistr təhsili sıralamasında dünyada ilk 25-də yer almışdır. Bir çox təhsil sahəsindəki uğurlarına görə Corvinus Universiteti Macarıstanın reytinq sıralamasında üst sıradadır. Təxminən 14000-dən çox tələbənin təhsil aldığı universitetin 3 fərqli kampusunda 7 fakültə fəaliyyət göstərir. Universitetin akademik heyəti 750 nəfərdən artıq ixtisaslı müəllim və professorlardan ibarətdir. Corvinus Universiteti yüksək keyfiyyətli tədris binaları və texniki avadanlıqlarla tələbələr üçün mükəmməl şərait yaratmışdır. Tələbər kampusda baş tutacaq tədbirlərdə iştirak edə bilər və eyni zamanda universitetin razılığı əsasında özləri də tədbir təşkil edə bilərlər.
Universitetin Karyera Xidməti tələbələrin təhsil aldığı müddətdə təcrübə proqramlarına və işlə təmin olunmalarına dəstək olurlar.

Universitetin məzunları arasında Macarıstanın Milli Bankının Sədri, Baş Nazir və bir çox keçmiş Maliyyə nazirlərinin adı çəkilir.
Siz Avropada keyfiyyətli təhsil almaq istəyirsinizsə, o zaman Corvinus Universitetinə müraciət edin.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Beynəlxalq idarəetmə
  • Beynəlxalq münasibətlər
  • Beynəlxalq iqtisadiyyat və biznes
  • Biznes və menecment
  • Tətbiqi iqtisadiyyat
  • Kommunikasiya və mediya
  • Sosiologiya
  • Kənd təsərrüfatı biotexnologiyası
  • Marketinq
  • Qida elmi və texnologiya mühəndisliyi
  • Landşaft memarlığı

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikfatı ( IELTS və ya TOEFL)

Medium maxresdefault  1 Corvinus university of budapest logo 1500x630

Corvinus University of Budapest

Akademik tədqiqat və təhsili ilə seçilən Corvinus University of Budapest Macarıstanın reytinq sıralamasında üst sıradadır.
© 2020 SNG, All Rights Reserved.