International Business School Budapest

International Business School Budapest

Əlaqə

Əsası 1991-ci ildə qoyulan İnternational Business School Macarıstanın ən yaxşı universitetlərindən biridir. İnternational Business Schoolun Macarıstanın paytaxtı Budapeştdə və Avstriyanın paytaxtı Vyanada 2 müxtəlif kampusu vardır. İnternational Business School idarəetmə və beynəlxalq əlaqələr kimi sahələrdə bakalavr və magistr pilləsində təhsil almaq istəyən tələbələr üçün yüksək səviyyədə bir universitedir. Universitetdə 60 fərqli ölkədən 1300-dən çox xarici tələbə təhsil alır. Əcnəbi tələbələrin Macarıstanda ən çox seçim etdiyi universitetlərdən biridir. İnternational Business Schoolun bakalavr və magistr proqramları İngiltərənin Buckingham Universitetinin nəzdində hazırlanır.
İBS tələbələrinə müasir kampus binalarında kitabxana, laboratoriya, innovasiya mərkəzi, tam təchiz olunmuş idman və fitness mərkəzi, yeməkxana, və yüksək standartlara cavab verən kampusdaxili yataqxana təklif edir.
Universitet bakalavr pilləsində təhsil alan tələbələrin təhsillərinin 3-cü ilində beynəlxalq bir şirkətdə təcrübə keçməsi üçün imkan yaradır.
International Business School Avropada təhsil almaq üçün çox keyfiyyətli və sərfəli bir seçimdir.
IBS – İNGİLTƏRƏNİN BUCKINGHAM UNİVERSİTETİNİN DİPLOMUNU VERİR.
İnternational Business School Buckingham Universiteti ilə əməkdaşlıq etdiyinə görə tələbələrə bu universitetin diplomu təqdim olunur.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Biznes administrasiyası
  • Beynəlxalq idarəetmə
  • Maliyyənin idarə edilməsi
  • Menecment
  • Menecment psixologiyası
  • Marketinq
  • Turizm
  • İnsan resurslarının idarə edilməsi

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium budapest5Ibs international business school logo

International Business School Budapest

Film sahəsində professional olmaq istəyən tələbələri universitet ən müasir dərs metodları, praktik və nəzəri biliklərlə təmin edir.
© 2020 SNG, All Rights Reserved.