Budapest Film Academy

Budapest Film Academy

Əlaqə

Televiziya və ya film sahəsində xaricdə təhsilə başlamağı düşünərkən ağla gələn ilk universitetlərdən biri Budapeşt Film Akademiyasıdır. Film sahəsində peşəkar olmaq istəyən tələbələr Macarıstanın paytaxtı Budapeştdə yerləşən akademiyada təhsil ala bilərlər. Tələbələr akademiyada tədris olunan interaktiv dərs metodları sayəsində həm praktik, həm də nəzəri biliklərə sahib olurlar. Beləliklə, tələbələr universiteti bitirdikdən sonra iş həyatına xüsusilə film sənayesinə rahatlıqla keçid edə bilirlər. Universitetin daxilində tələbələrin rahatlığı baxımından ən son texnologiyalardan istifadə olunur. Budapeşt Film Akademiyası Macarıstanda ən qədim və ən yaxşı dil təhsili verən Eötvös Lorand Universiteti (ELTE) ilə əməkdaşlıq edir. Budapeşt Film Akademiyasının akademik heyətində yerli və xarici mükafat qazanmış alimlər yer alır. Universitet geniş məzun şəbəkəsinə sahibdir. Məzunlar arasında məşhur incəsənət xadimləri, kinorejissorlar, ssenaristlər, dramaturqlar, redaktorlar və kinematoqrafların adı çəkilir.
Akademiyanın əsas məqsədi sənətin hər sahəsində peşəkar olan, Avropada və Amerikada uğurlu gələcək qurmağı nəzərdə tutan istedadlı kino sənətkarları yetişdirməkdir.
Təhsil proqramları (bakalavr və magistr)

  • Kinematoqrafiya
  • Prodüserlik
  • Dramaturgiya
  • Ssenarist
  • Redaktor - səs mühəndisliyi
  • 3D və vizual effektlər dünyasına giriş

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium xv2f90151393948012734 0620x0277 1530236578493

Budapest Film Academy

Film sahəsində professional olmaq istəyən tələbələri universitet ən müasir dərs metodları, praktik və nəzəri biliklərlə təmin edir.
© 2020 SNG, All Rights Reserved.