Semmelweis University

Semmelweis University

Əlaqə

1769-cu ildə yaradılmış Semmelweis Universiteti Macarıstanın ən qədim tibb universitetidir. Semmelweis Universiteti dünyanın ən təhlükəsiz şəhərlərindən biri olan Budapeştdə yerləşir. Semmelweis Universiteti dünyanın bir çox tibb cəmiyyətləri və təşkilatları arasında öz yenilikləri ilə hər zaman fərqlənir. Semmelweis Universitetində beş fakültə mövcuddur. Bütün fakültələr Macarıstan Akreditassiya Assambleyası tərəfindən akreditə olunmuşdur. Universitet Təhsil və Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.
QS World University 2017-ci il sıralamasına görə tibbi təhsil üzrə ilk 101-150-də yer almışdır. Universitetdə 60 müxtəlif ölkədən 10 minə yaxın tələbə təhsil alır. Xarici tələbələr ümumi tələbə cəmiyyətinin təxminən 18%-ni təşkil edir. Tələbələr universitetdə macar, ingilis və alman dillərində bakalavr, magistr və doktorantura səviyyəsində təhsil ala bilərlər.
Semmelweis Universiteti milyonlarla tibbi və bioloji elmi ədəbiyyata sahibdir. Universitetin yüksək standartlara cavab verən kampusunda çox sayda laboratoriyalar, kitabxanalar, sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Tələbələrin asudə vaxtlarını səmərəli şəkildə keçirə bilmələri üçün kampusda hər cür şərait yaradılmışdır. Universitetin məzunları arasında Nobel mükafatına layiq görülmüş tibb işçiləri vardır.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Fizioterapiya
  • Sağlamlıq və qorunma
  • Səhiyyənin təşkili
  • Tibb bacısı
  • Tibbi laboratoriya
  • Tibbi biotexnologiya
  • Sosial iş
  • Sosial iqtisadiyyat
  • Farmakologiya

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyə və motivasiya məktubu, ingilis dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium semmelweis 1P1

Semmelweis University

Semmelweis Universiteti dünyanın ən təhlükəsiz şəhərlərdən biri olan Budapeşt şəhərində yerləşir.
© 2020 SNG, All Rights Reserved.