Budapest Metropolitan University

Budapest Metropolitan University

Əlaqə

2000-ci ildə dövlət akkreditasiyası ilə yaradılmış Budapeşt Metropolitan Universiteti 8000 tələbə icması ilə Macarıstanın ən böyük özəl universitetidir. Kommunikasiya, biznes, turizm və incəsənət sahələrində bakalavr və magistr proqramlarının geniş seçimini təklif edən universitetdə dünyanın 70-dən çox ölkəsindən beynəlxalq tələbələr təhsil alır.

Universitet beş qitədə 120-dən çox tərəfdaş universitetdə təqaüdlə xaricdə təhsil imkanları təklif edir. Biznes proqramları üzrə təhsil alan tələbələr Budapeştdə oxuduqları 3,5 il ərzində eyni zamanda ekvivalent Böyük Britaniya universiteti – “Northumbria” universiteti dərəcəsi ala bilərlər. 5 qitə və 58 ölkədən 200+ universitetlə “Erasmus” proqramı çərçivəsində əməkdaşlıq edən universitet 20-dən çox beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramı ingiliscə tədris olunur.

2001-ci ildən bəri universitet tətbiqi kommunikasiya və biznes elmləri sahəsində yüksək Avropa İttifaqı standartlarına uyğun ali təhsil və təkmilləşdirilmiş peşə hazırlığı kursları təqdim edir. Həvəsli və uğurlu tələbələr üçün Budapeşt Metropolitan Universitetində təqaüd imkanı mövcuddur.

Budapeşt Metropolitan Universiteti müxtəlif təhsil sahələrində geniş kurslar təklif edir. Universitetdə təklif olunan bəzi kurslara aşağıdakılar daxildir:

  • Biznesin idarə edilməsi və administrasiyası
  • Kommunikasiya və Media Tədqiqatları
  • Turizm və Otel Menecmenti
  • Qrafik Dizayn və Vizual Kommunikasiya
  • İqtisadiyyat
  • Film və Media Araşdırmaları
  • Beynəlxalq Əlaqələr

Təhsil müəssisəsinə qəbul üçün ümumi tələblər diplom, ingilis dili biliyi, bakalavr proqramları üçün IELTS 5.5, magistr proqramları üçün isə IELTS 6.0, tamamlanmış ərizə forması, motivasiya məktubu, CV, akademik transkriptlər və tələbə uyğun tövsiyə məktublarıdır.

Medium unnamedBudapest metropolitan university

Budapest Metropolitan University

2000-ci ildə dövlət akkreditasiyası ilə yaradılmış Budapeşt Metropolitan Universiteti 8000 tələbə icması ilə Macarıstanın ən böyük özəl universitetidir.
© 2020 SNG, All Rights Reserved.