Fransanın dünyada fərqlənən təhsil ölkələrindən biri olması təccüblü hal deyil. Fransanın zəngin tarixi minlərlə turist və tələbələri özünə cəlb etməkdədir. Son illərin araşdırmalarına görə Fransa Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən dünyanın ən məşhur turizm mərkəzi olaraq öz statusunu qoruyub saxlamaqdadır. Fransa güclü akademik və bədii ənənəsinə əsasən müasir dövrdə təhsilə sərmayə ayıran ölkələr sırasındadır. QS World University Rankings reytinqinə əsasən 2018-ci ildə cəmi 39 universitet ilə təmsil olmasına baxmayaraq, bunlardan 11-i dünyanın ən reytinqli universitetlərinin sırasına daxil olmuşdur. Fransada təhsil almaqla tələbə həyatı yaşamaq, konfranslar, seminarlarda iştirak etmək üçün əlverişli fürsət əldə etmiş olacaqsınız.