Penninghen Paris

Penninghen Paris

Əlaqə

Fransada incəsənət sahəsində təhsilə başlamağı düşünərkən ağla gələn ilk ali məktəb Penninghen Paris Universitetidir. Fransa Təhsil Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş universitetin əsası 1968-ci ildə qoyulmuşdur. Universitet incəsənət sahəsində peşəkar olmaq istəyən tələbələr üçün Parisin mərkəzində yerləşən dövlət universitetidir. Universitetin yerləşdiyi ərazi Luvr və Orsay muzeylərinə yaxın məsafədədir.

Penninghen Paris Universiteti 1990-cı ildən AIAS –ın (The International Association of Independent Arts and Design Schools) beynəlxalq təmsilçisidir. Universitet 2015-ci ildə Galileo Global Education çərçivəsində Studialis Higher Education Group-a qoşulub.

Penninghen Paris Universiteti ingilis və fransız dilində bakalavr və magistr proqramları təklif edir. Geniş tələbə cəmiyyətinə və yüksək ixtisaslı müəllimlərə sahib olan universitet tələbələrə Avropanın mərkəzində ən yaxşı şərtlərlə təhsil almaq imkanı verir. Eyni zamanda vaxtınızı səmərəli və əyləncəli keçirə bilməyiniz üçün sizlərə şərait yaradır.

Təhsil aldığınız müddətdə universitetin karyera xidməti sizə təcrübə proqramında iştirak etməyə və təhsilinizi başa vurduqdan sonra iş tapmaqda dəstək göstərir. Universitet geniş məzun şəbəkəsinə malikdir.

Təhsil proqramları (bakalavr və magistr)

  • Vizual kommunikasiya
  • Brendləşdirmə və qlobal dizayn
  • Animasiya incəsənəti
  • Ev dizaynı
  • Pərakəndə və səhnə dizaynı

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat, CV, tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium thor equities slide home 0261 logo 1280

Penninghen Paris

Penninghen Paris Universiteti Fransanın mərkəzində yerləşən, incəsənət sahəsində karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulmuş dövlət universitetidir.
© 2020 SNG, All Rights Reserved.