Paris Business School

Paris Business School

Əlaqə

ESG Management School adı altında 1974-cü ildə yaradılan Paris School of Business 2015-ci ildə mövcud adını aldı. Universitet Fransanın ən nüfuzlu biznes universitetlərindən biridir. Şəhərin mərkəzində yerləşən PSB müasir və dinamik bir mühitdə keyfiyyətli biznes təhsili üçün mükəmməl bir universitetdir. Universitetdə dünyanın 70-dən artıq ölkəsindən gələn 3000-ə qədər tələbə təhsil alır. Paris School of Business 2012-ci ildə CEO jurnalı tərəfindən dünyanın ən yaxşı universitetləri sırasında göstərilmişdir.

Paris School of Business-də dərslər ingilis və fransız dillərində keçirilir. Tədris olunan proqramlar beynəlxalq standartlara uyğun olub, IACBE tərəfindən akkreditasiya edilmişdir. AACSB və EFMD üzvü olan PSB Paris Biznes İnstitutu, EMBA akkreditasiyasına malikdir.

Universitetin geniş kampusu, tolerant tələbə cəmiyyəti və peşəkar akademik heyəti vardır.

Siz dünyanın mədəniyyət beşiyi sayılan Parisdə ən yaxşı şərtlərlə təhsil almaqla yanaşı həyatınızın ən dəyərli illərini burada keçirəcəksiniz. Paris School of Business-də təhsil alaraq Parisdən zövq alın!

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Biznes Administrasiyası
  • İncəsənət və Mədəniyyətlərin İdarə edilməsi
  • Turizm
  • Beynəlxalq Maliyyə
  • Beynəlxalq İdarəetmə
  • Lüks və Modanın İdarə edilməsi
  • Təchizat Zəncirinin İdarə edilməsi
  • Marketinq

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium 600 1 1400x800Psb esg management school logo 1

Paris Business School

Parisin mərkəzində yerləşən Paris School of Business dinamik mühitdə keyfiyyətli biznes təhsili verən mükəmməl bir universitetdir.
© 2020 SNG, All Rights Reserved.