Schiller International University Paris Campus

Schiller International University Paris Campus

Əlaqə

Schiller International University Dr. Walter Leibrecht tərəfindən 1964-cü ildə əsası qoyulan özəl Amerikan universitetidir. Schiller International University-in yüksək standartlara cavab verən kampusları tək Amerikada deyil, ölkə xaricində də (Paris, Madrid, Heidelberg və London) mövcuddur.
Schiller Universitetinin tədris mərkəzləri və kitabxanalarında təhsilin inkişafı üçün ən son texnologiyalardan istifadə olunur. Schiller International University Paris Campus-da dərslər ingilis və fransız dilində tədris edilir. Universitetin yüksək standartlara cavab verən kampusu və peşəkar akademik heyəti sizə Avropanın mərkəzində ən səmərəli şərtlərlə Amerikan təhsili almaq imkanı yaradır.
Universitet tələbələrə bakalavr və magistr proqramları ilə yanaşı onlayn tədrisdə təklif edir.
Qeyd: Schiller Universiteti University of Roehampton əməkdaşlığı çərçivəsində tələbələrinə ikili diplom təqdim edir.
Təhsil proqramları (bakalavr və magistr)

  • Beynəlxalq Biznes
  • Beynəlxalq Əlaqələr və Diplomatiya
  • Beynəlxalq İqtisadiyyat
  • Beynəlxalq İdarəetmə
  • İnformasiya Texnologiyalarının İdarə edilməsi

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium mifacadenordOg logo

Schiller International University Paris Campus

Schiller Beynəlxalq Universiteti yüksək standartlara cavab verən kampusu və peşəkar akademik heyəti ilə sizə Avropanın mərkəzində ən yaxşı Amerikan təhsili almağınıza imkan yaradır.
© 2020 SNG, All Rights Reserved.