Müasir zamanda Azərbaycanlı gənclər daha çox Avropa ölkələrində təhsil almağa üstünlük verirlər. Polşa Respublikası mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda isə Baltik dənizi, Litva və Rusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir.
Ölkədəki Dövlət və Özəl universitetlərin Avropa standartlarına uyğun və ya bu standartlara yaxın fəaliyyət göstərməsi Polşanın Avropaya inteqrasiya yolunda əmin addımlarla irəliləməyinə təkan verir. Polşa, Şərq və Qərbi Avropanın coğrafi və mədəni tərəfdən kəsişməsinə xidmət edən maraqlı bir ölkədir. Təhsil sistemində Polşa ən dinamik inkişaf edənlər sırasındadır. Bu baxımdan Polşa, Şərqi Avropada dünyanın ən yaxşı 500 universiteti siyahısında 2 universiteti olan yeganə ölkədir. Polşa ali məktəblərinin diplomları bütün Avropa Birliyində həmçinin dünyanın başqa inkişaf etmiş ölkələrində tanınır. Bir çox Polşa təhsil müəssisələrində əcnəbilərə uyğunlaşmağa kömək edən mərkəzlər mövcuddur. Bu ölkənin diplomunu aldıqdan sonra həm doğma Azərbaycan, həm də Avropa Birliyi ölkələrində işləmək üçün imkanlar əldə edirsiniz.