Vistula University

Vistula University

Əlaqə

Vistula Universitetinin əsası 1996-cı ildə qoyulmuşdur. Varşavada yerləşən universitet Polşanın ilk özəl təhsil ocağıdır. Vistula Universitetində dünyanın 26 fərqli ölkəsindən olan tələbələr təhsil alır.Təhsil sahəsində yenilikçi və çox şaxəli olan Vistula Universitetində bakalavr, magistratura və doktorantura proqramları mövcuddur. Vistula Universiteti indiyə qədər 20.000 – dən artıq məzun sayı ilə öz tədris keyfiyyətini sübut etmiş bir universitetdir. Ali təhsil ilə yanaşı universitet dil kursları, ekskursiya, mədəni tədbirlər, sosial klublar, idman fəaliyyəti kimi imkanlar təklif edir. Universitet Perspektywy portalına görə 2017-ci ildə dünya sıralanmasında 1-ci yer, 2016-ci ildə isə Polşa özəl universitetlər sıralanmasında 5-ci yeri almışdır. Vistula Universiteti ictimati nəqliyyat qovşağının tam mərkəzində yerləşir. Olduqca geniş bir sahəni əhatə edən universitetin kampusuna şəhərin hər yerindən asanlıqla gəlmək mümkündür. Ümumilikdə 25.000 kvadrat metrlik bir sahəni əhatə edən kampusda tələbələr üçün üzgüçülük hovuzu, idman salonları, kafe, kompüter otaqları, idman zalları, konfrans salonu, kitabxana, tennis kortları və istirahət guşələri mövcuddur. Tələbələrin bütün ehtiyaclarının nəzərə alındığı Vistula Universitetində dərslər ən son texnologiyalar vasitəsi ilə aparılır. Xüsusi dizayn edilmiş kitabxanada tələbələr istədikləri hər bir məlumatı asanlıqla əldə edə bilirlər. Vistula Universiteti London Universiteti ( University of London) ilə əməkdaşlığı çərçivəsində ikili diplom təqdim edir.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Beynəlxalq münasibətlər
  • Turizm
  • Jurnalistika
  • İngilis dili
  • İqtisadiyyat (Maliyyə, Menecment və Mühasibatlıq)
  • Dizayn
  • Mühəndislik
  • Kompüter Elmləri

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium vistula budynek1 vistul university en

Vistula University

Polşanın ilk özəl universitetlərindən sayılan Vistula Universitetinin əsası 1996-cı ildə qoyulmuşdur.
© 2020 SNG, All Rights Reserved.