University of Wroclaw

University of Wroclaw

Əlaqə

300 ildən çox zəngin tarixə malik Wroclaw Universiteti Polşanın ən böyük akademik təşkilatlarından biridir. Əsası 1702-ci ildə qoyulmuş Universitet Polşanın təhlükəsiz, iqlim baxımından əlverişli şəraitə malik tələbə şəhərlərindən biri olan Wroclaw şəhərində yerləşir. Wroclaw Universiteti Polşa ali təhsil müəsissələri arasında ilk 10-da sıralanır (6-cı yer). Hal- hazırda bölgənin ən böyük universiteti olan Wroclaw Universitetində 26 min tələbə və 1300 doktorant təhsil alır. Hər dörd il ərzində Polşa Təhsil Nazirliyi tərəfindən bütün Polşa universitetlərində qiymətləndirmə keçirir. 2013-cü ildə Wroclaw Universitetinin 10 fakültəsinin doqquzu ən yüksək təhsil standartına layiq görülüb. Universitet geniş sahəni əhatə edən və yüksək standartlara cavab verən kampusa sahibdir. Universitet kampusunda fəaliyyət göstərən çox sayda laboratoriya, kitabxana, yataqxana, sağlamlıq mərkəzi və idman zalları tələbərin istifadəsinə verilir. Tələbələrin asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçirə bilmələri üçün kampusda hər cür şərait yaradılmışdır.
Bu gün Wroclaw Universitetinin əsas diqqət ayırdığı əsas sahə elmi tədqiqatdır. Universitetdə yeniliklərin tətbiq edimləsi üçün universitetin alimləri Polşada və dünyanın digər ali təhsil müəsissələrində çalışan elm adamları ilə daima əlaqə saxlayırlar. Universitetə Polşa dövləti tərəfində verilən dəstək isə əvvəlki illərlə müqayisədə 80% artmışdır.
Wroclaw Universiteti alimləri 9 dəfə Nobel mükafatı qazanamışdır. (Theodor Mommsen, Philipp Lenard, Eduard Buchner, Paul Ehrlich, Fritz Haber, Friedrich Bergius, Erwin Şrödinger, Otto Stern və Max Born)

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • İngilis dili
  • Politologiya
  • Biotexnologiya
  • Avropa mədəniyyəti
  • Kimya
  • Biznes administrasiya (Biznes, Maliyyə, İdarəçilik)
  • Beynəlxalq münasibətlər
  • Jurnalistika
  • Hüquq
  • Teoretikal fizika

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL).

Medium erasmus experience wroclaw poland arzuUniversity of wroclaw

University of Wroclaw

Əsası 1702-ci ildə qoyulmuş Wroclaw Universiteti Avropanın mərkəzi sayılan Polşada yerləşir.
© 2020 SNG, All Rights Reserved.