İrlandiya beynəlxalq tələbələrin ən çox seçim etdikləri bir ölkədir və dünya səviyyəsində tanınan yüksək səviyyəli təhsil təklif edir. İllik ortalama 160 müxtəlif ölkədən 35 mindən çox tələbə İrlandiyaya təhsil almaq üçün üz tutur. İrlandiya universitetləri beynəlxalq araşdırma üzrə araşdırma qurumları arasında ilk 1%-də yer alır. Apple, Medtronic, Google və Microsoft kimi böyük şirkətlərə ev sahibliyi edir. İrlaniyada universitetlərində təhsil alan tələbələr təhsil müddətində yuxarıda adları qeyd olunan şirkətlərdə təcrübə keçmək və təhsillərini başa vurduqdan sonra işləmək imkanı əldə edirlər. Ölkə Avropanın qərb sahillərində yerləşir, Avropa İttifaqının üzvüdür və Avrozonada yerləşən yeganə ingilis dilli ölkədir. İrlandiya dünyada ən mehriban və təhlükəsiz ölkələrindən biridir.