University College Dublin

University College Dublin

Əlaqə

Avropanın aparıcı araşdırma mərkəzlərindən biri olan və İrlandiyada yerləşən University College Dublin 1854-cü ildə John Henry Newman tərəfindən təsis edilmişdir. University College Dublin İrlandiyada aspirantura təhsili üçün qabaqcıl bir universitetdir və sənətdən mühəndislik fakültələrinə qədər müxtəlif proqramlar təklif edir. Həmçinin, universitetin missiyası bütün tələbələri beynəlxalq dərəcədə karyera və həyat üçün hazırlamaqdır. UCD 138 ölkədən 5000 beynəlxalq tələbə olmaqla 30000-dən çox tələbəyə ev sahibliyi edir. Universitet QS World University Ranking 2019-da 193-cü sıraya layiq görülmüşdür. UCD 12 kateqoriyada dünya sıralamasında (QS World University Ranking by Subject 2018) TOP 100-ə daxildir. İrlandiyada birinci olan University College Dublin dünya üzrə məzunların işə götürülmə sıralamasında (QS Graduate Employability Rankings) 75-ci sıraya layiq görülmüşdür. College Dublin universitetinin 165 ölkədə 269000-dən çox məzununun işlə təmin olunması bu yüksək nəticənin bir göstəricisidir. Avropanın ən böyük şəhər kampusu statusuna malik olan Belfield kampusu 133 hektarlıq yaşıl sahələrlə örtülmüşdür.

Təhsil proqramları:

  • Maliyyə və İqtisadiyyat
  • Sosial elmlər
  • Riyaziyyat və Statistika
  • Kompyuter elmləri
  • Biznes və Biznesin idarə edilməsi
  • Hüquq
  • Səhiyyə və Tİbb elmləri
  • Memarlıq və Mühəndislik

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat,tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium ucdcampusUniversity college dublin

University College Dublin

Əsası 1854-cü ildə John Henry Newman tərəfindən qoyulan universitet Avropanın araşdırma mərkəzi sayılan İrlandiyada yerləşir.
© 2020 SNG, All Rights Reserved.