Trinty College Dublin

Trinty College Dublin

Əlaqə

İngiltərədəki Oxford və Cambridge Universitetlərinin İrlandiya versiyası Trinity College Dublindir. 1592-ci ildə qurulan bu köklü universitet, İrlandiyanın mərkəzi və paytaxtı Dublində yerləşir. Times Higher Education dünya universitetləri sıralamasında 117-ci, İrlandiya Respublikası universitetləri sıralamasında isə ilk sıradadır. 17.000 tələbə cəmiyyətinə sahib olan universitetdə ümumi 24 ixtisaslaşmış tədris mərkəzində İncəsənət, Sosial Elmlər, Mühəndislik, Riyaziyyat və Sağlamlıq Elmləri fakültələri fəaliyyət göstərir. Trinity College Dublin universitetinin kampusu çox geniş (51 hektar) bir ərazini əhatə edən kampusda tələbələr idman, teatr, musiqi klublarına və ya kampusda baş tutacaq bir çox maraqlı tədbirlərdə könüllü şəkildə iştirak edə bilərlər. Trinity College Dublin Universiteti ilə eyni ildə yaradılmış kitabxanası isə İrlandiya Respublikasının ən böyük kitabxanasıdır. Dərsdən kənar fəaliyyətlərə gəldikdə isə universitet tələbələrə 100-ə yaxın tələbə klubunu, 50 idman klubunu və Dublin şəhərinin bütün sosial və mədəni imkanlarını təklif edir. Məşhur məzunlar arasında Samuel Beckett, Oscar Wilde, Edmund Burke və İrlandiyanın sabiq prezidenti Mary Robinson adı çəkilir. Univeristet Təhsil, Sosial Elmlər və Mühəndislik sahələrində çox sayda bakalvar və magistr proqramlarlı təklif edir.

Təhsil proqramları (bakalavr və magistr)

  • Biznes
  • İncəsənət
  • Riyaziyyat
  • İngilis Dili
  • Tarix və Humanitar elmlər
  • Linqvistika
  • Tibb elmləri
  • Hüquq
  • Təbiət elmləri
  • Psixologiya
  • Mühəndislik

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis dili sertifikfatı ( IELTS və ya TOEFL)

Medium trinity cropped 2840587380

Trinty College Dublin

1592-ci ildə əsası qoyulan Trinty College Dublin İrlandiya Respublikası universitetləri sıralamasında isə ön sıralardadır.
© 2020 SNG, All Rights Reserved.